Nazarbayev Azərbaycandan Ermənistana gedəcək
Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.
11 Oktyabr 2016 11:26 SiyasətQazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.
APA-nın məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçiriləcək. N. Nazarbayev oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək iclasına da qatılacaq.
Xatırladaq ki, oktyabrın 12-də Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31