"Rusiya ABŞ-la dialoqdan imtina etmir"

"Rusiya Suriya böhranı ilə əlaqədar ABŞ-la dialoqdan imtina etmir". APA bildirir ki, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib.

"Rusiya Suriya böhranı ilə əlaqədar ABŞ-la dialoqdan imtina etmir".

APA bildirir ki, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib.
 
"Rusiya bundan sonra da ardıcıl olaraq Suriyada terrorla mübarizə aparacaq və vəziyyətin gərginləşməməsi üçün çalışacaq. Biz ABŞ-la dialoqdan imtina etmirik, lakin dialoqu yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında aparmağa hazırıq.  Münasibətlərimiz BMT-də, qurumun Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlar çərçivəsində davam edəcək", - deyə Antonov bildirib.
 
Xatırladaq ki, oktyabrın 3-də rəsmi Vaşinqton Rusiya ilə Suriya üzrə ikitərəfli əməkdaşlığı dayandırıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31