Salyan və Ağdaş rayonlarının daha iki kəndinə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi respublikada qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirləri uğurla davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Salyan və Ağdaş rayonlarının daha iki kəndinə təbii qazın verilişi bərpa edilib. 233 Salyanın abonenti olan Bəşirbəyli kəndinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 18310 metrlik polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 321 abonentlik Ağdaş rayonunun Aşağı Ləki kəndinə də yenidən təbii qaz verilib. Qazlaşdırma işləri zamanı 26968 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi respublikada qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirləri uğurla davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Salyan və Ağdaş rayonlarının daha iki kəndinə təbii qazın verilişi bərpa edilib. 233 Salyanın abonenti olan Bəşirbəyli kəndinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 18310 metrlik polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 321 abonentlik Ağdaş rayonunun Aşağı Ləki kəndinə də yenidən təbii qaz verilib. Qazlaşdırma işləri zamanı 26968 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31