Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfə verir
“Son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının artması ölkəmizin dünya mədəniyyətində mühüm rol oynadığının bariz nümunəsidir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət əkili Yevda Abramov yap.org. az saytına müsahibədə səsləndirib. O, bildirib ki, ölkəmiz son illər ərzində sivilizasiyalar arasında dialoqa həsr olunmuş mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib: “Bu kimi tədbirlər Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfəsidir. Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir”.
11 Oktyabr 2016 12:52 Sosial"Son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının artması ölkəmizin dünya mədəniyyətində mühüm rol oynadığının bariz nümunəsidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət əkili Yevda Abramov yap.org. az saytına müsahibədə səsləndirib. O, bildirib ki, ölkəmiz son illər ərzində sivilizasiyalar arasında dialoqa həsr olunmuş mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib: "Bu kimi tədbirlər Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfəsidir. Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir".