İsrail Azərbaycanın multikultural dəyərlərini yüksək qiymətləndirir

“İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndirir”.

"İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndirir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbər Yevda Abramov səsləndirib. O, bildirib ki, qarşı tərəf Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində, çoxşaxəli, o cümlədən iqtisadi əlaqələrin inkişafında, Azərbaycanın multikultural dəyərlərinin yayılması sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirir: "Eyni zamanda, Azərbaycan da İsrail ilə əlaqələr böyük önəm verir. Hesab edirəm ki, iki dövlət arasında münasibətlər bundan sonra da uğurla davam edəcək". Millət vəkili deyib ki, hər iki ölkə arasında əlaqələr normaldır: "Ölkə rəsmilərinin, eləcə də, parlamentarilərinin qarşılıqlı səfərləri bu əlaqələrin inkişafına töhfələr verir. Azərbaycanda antisemitizm yoxdur və bu, İsraildə yüksək qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31