Azərbaycan Avropaya inteqrasiya etmir

Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər müstəqil daxili və xarici siyasət yürütməklə beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmlədə bilib. Bunun əsas səbələrindən biri Azərbaycan dövlətinin xalqın iradəsi ilə idarə olunmasıdır desək, heç də fikrimizdə yanılmarıq. Xatırladaq ki, Azərbaycanın müstəqil dövlət kimi qəbul ediyi Ana Yasasının ilk maddəsində bu məqamlar xüsusilə vurğulanıb: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Ölkə Konstitusiyasında həmçinin göstərilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”. İndi qətiyyətlə demək olar ki, başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti tərəfindən qarşısına qoyulan bu niyyətləri təmin etmək məqsədilə yürüdülən siyasətə kənar müdaxilələrə yol verilmir.

İlham Əliyev: "Biz əməkdaşlığa meyilliyik, Azərbaycan Avropa ilə əməkdaşlıq edir"
 

Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər müstəqil daxili və xarici siyasət yürütməklə beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmlədə bilib. Bunun əsas səbələrindən biri Azərbaycan dövlətinin xalqın iradəsi ilə idarə olunmasıdır desək, heç də fikrimizdə yanılmarıq. Xatırladaq ki, Azərbaycanın müstəqil dövlət kimi qəbul ediyi Ana Yasasının ilk maddəsində bu məqamlar xüsusilə vurğulanıb: "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır". Ölkə Konstitusiyasında həmçinin göstərilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: "Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək". İndi qətiyyətlə demək olar ki, başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti tərəfindən qarşısına qoyulan bu niyyətləri təmin etmək məqsədilə yürüdülən siyasətə kənar müdaxilələrə yol verilmir. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, həmişə öz yolu ilə gedərək müstəqil siyasət yürüdür. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik hökm sürür. Yeri gəlmişkən qeyd edək ki, ölkədə mövcud olan sabitliyin təminatçısı Azərbaycan xalqı ilə dövlətin vəhdəti təşkil edir. Daha doğrusu Azərbaycan xalqı dövlət siyasətini dəstəkləyir, nəticədə isə xalq-iqtidar birliyi möhkəmlənir. Bu isə o deməkdir ki, Azərbaycan xalqı ölkəmizin seçiminə sadiqdir. Azərbaycan xalqı istəyir ki, sabitlik möhkəmlənsin, dövlətimiz daha da güclənsin. Ona görə də xalqının iradəsi sabitliyin təminatçısı kimi çıxış edir. Bu baxımdan qətiyyətlə demək olar ki, Azərbaycan həyata keçirdiyi müstəqil siyasəti ilə müxtəlif beynəlxalq təşkilatların rəğbətini qazana bilib. Məhz bu səbədən dünyanın aparıcı beynəlxalq təşkilatları ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar. Lakin bəzi hallarda bu maraqların arxasında qaranlıq niyyətlərin də dayandığının şahidi oluruq. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev qeyd edib ki, "Biz əməkdaşlığa meyilliyik, Azərbaycan Avropa ilə əməkdaşlıq edir, Avropaya inteqrasiya etmir. Avropa İttifaqının rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Azərbaycan böhrana, "müsəlmanlara stop" deyənlərə, müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərə inteqrasiya edə bilməz. Belə açıq mövqeyinə görə bəzi hallarda Azərbaycan dövlətinə qarşı təzyiqlər olur və kampaniyalar aparılır". Dövlət başçısı bu fikirləri ilə bir daha dünyaya bəyan edir ki, Azərbaycan müstəqil ölkə olaraq Avropa ilə bərabərhüquqlu, qaşılıqlı hörmət şəraitində qurulmuş əməkdaşlığa üstünlük verir. Yəni, Azərbaycanın xarici siyasətində əsas amil kiminsə yedəyində getmək yox, qarşılıqlı anlaşma şəraitində bərabərhüquqlu səviyyədə əməkdaşlıq durur. Əslində, Azərbaycanın Avropaya inteqrasiyası üçün heç bir hüquqi, siyasi, iqtisadi əsas da yoxdur. Ona görə ki, Azərbaycan bir çox iqtisadi və humanitar məslələrdə Avropa üçün örnəkdir. Hazırda Azərbaycanın Avropadan deyil, Avropanın Azərbaycandan öyrəniləsi çox çeylər var. Məsələn, Avropadan fərqli olaraq Azərbaycanda iqtisadi böhran hökm sürmür, Avropada olduğu kimi Azərbaycanda qaçqın və miqrantlara qarşı diskriminasiya siyasəti yürüdülmür, "islamafobiya" kimi anlayışlar ölkəmiz üçün yad termindir. Belə bir şəraitdə Avropadan əxz ediləsi nə isə bir şey qalmır. Lakin bütün sadalananlara baxmayaraq Azərbaycan Avropa ilə çox sıx əlaqələr qura bilib. Dövlət başçısı bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə müxtəlif sənədləri qüvvədədir: "Azərbaycan 15 ildir ki, Avropa Şurasında üzvdür və orada da bizim mövqelərimiz gündən-günə möhkəmlənir. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti artıq görür ki, Azərbaycana qarşı ədalətsizliklər, ikili standartlar olub". Xatırladaq ki, Avropa İttifaqının üzvü olan 8 ölkə ilə strateji tərəfdaşlığımız haqqında sənəd imzalanıb. Bir həqiqət var ki, Azərbaycanın Avropa təşkilatları ilə nə qədər yaxından əməkdaşlıq etməsinə, əlaqələrin genişləndirməsinə baxmayaraq ikili standartlardan yan keçə bilməyib. Yeri gəldi-gəlmədi həmin təşkilatlar tərəfindən ədalətsiz mövqelərə məruz qalıb. Baxmayaraq ki, Azərbaycanda demokratik dəyərlərin inkişafı baxımından böyük uğurlara nail olunub, ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir ancaq nədənsə bu uğurlar dəyərləəndirilmək əvəzinə əsassız tənqidlərlə üzləşir. Lakin bütün təzyiq və təhdidlərə baxmayaraq Avropa ölkələri dərk etməlidirlər ki, Azərbayca müstəqil siyasət yürüdür, bu yoldan onu heç bir vasitə ilə döndərmək mükün deyil. Çünki bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bununla bərabər, Azərbaycan bütün ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmaqda maraqlıdır. 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31