Gündəm
XİN Putinin köməkçisinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasına münasibət bildirib
"Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur".
Moskva-İrəvan avtobusu yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var
Rusiyada Moskva-İrəvan marşrutu ilə hərəkət edən avtobusla yük avtomobili ilə toqquşub.
Dövlət büdcəsi 519 mln. manatdan artıq kəsirlə icra olunub
2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10 mlrd. 103,1 mln. manat, xərcləri 10 mlrd. 622,2 mln. manat olub.
Qəbul imtahanlarında yüksək bal toplayan məzunların sayı artıb
Son 3 ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında 500-dən çox bal yığan məzunların sayı 19%, 600-dən çox bal yığanların sayı isə 30% artıb.
Türkiyədə PKK-nın törətdiyi partlayışlar nəticəsində 12 hərbçi yaralanıb
Türkiyənin PKK terrorçularının Van vilayətinin Başkale bölgəsində törətdiyi partlayış nəticəsində 8 hərbçi yaralanıb.
FED ABŞ-da prezident seçkiləri öncəsi uçot dərəcəsini artırmayacaq
Noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinədək Federal Ehtiyatlar Sistemi (FED) pul-kredit siyasətini dəyişməyə bilər. "APA-Economics" xəbər verir ki, bunu Filadelfiya Federal Ehtiyat Bankının prezidentinin Patrik Harker bildirib.
Milli Məclisin növbəti plenar iclası başlayıb
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası bu gün öz işinə başlayıb. Trend bildirir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan edib.
Şairi Səməd Vurğunun 110 illiyi qeyd olunub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
SOCAR Georgia GAS” Gürcüstanda daha bir xidmət mərkəzi açıb
“SOCAR Energy GAS” MMC Gürcüstanın Kutaisi şəhərində özünün yenidən qurulmuş “Xidmət mərkəzi”ni açıb. “OLAYLAR”-ın.xəbərinə görə, açılış mərasimində “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov, İmeretiya rayonunun qubernatoru Givi Çiçinadze və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə bildirilib ki, hazırda şirkətin İmeretiyada 134 276 abonenti var və ilin sonuna kimi daha 4 700 qaz istifadəçisinin qeydə alınması gözlənilir.
Məktəblilər narkomaniya əleyhinə maarifləndirilir
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Xəzər rayonu valideyn himayəsindən məhrum uşaqlar üçün 2 nömrəli İnternat məktəbində “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Dövlət başçısının tövsiyyələrinin icrası təmin edilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.
Heyvani xəstəliklərin aşkar olunduğu ərazilər açıqlanıb
Bu ilin avqust-sentyabr aylarında heyvani xəstəliklərin aşkar olunduğu ərazilər açıqlanıb.
60 minə yaxın müəllim yeni sistem əsasında fəaliyyət göstərir
Bu gün Azərbaycanda 60 minə yaxın müəllim yeni sistem əsasında fəaliyyət göstərir. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovdövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində bildirib ki, müəllimlər artıq bu ildən yeni dərs yükü və əmək haqqı sistemi üzrə çalışırlar. Onun sözlərinə görə, 2017-ci ildə də bu proses davam etdiriləcək. M.Cabbarov vurğulayıb ki, gələn il yeni əmək haqqı və dərs yükü ilə əhatə olunan müəllimlərin sayı 100 minə çatdırılacaq.
BMT-nin yeni baş katibi ABŞ və Rusiyanı yaxınlaşdırmağa çalışacaq
BMT-nin yeni baş katibi Antonio Qutyerres ABŞ və Rusiyanı dünyanın mərkəzi ölkələri sayır və onları yaxınlaşdırmaq üçün çalışmağa hazırdır.














