Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası bu gün öz işinə başlayıb. Trend bildirir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan edib.

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası bu gün öz işinə başlayıb.

Trend bildirir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan edib.

İclasın gündəliyinə 30 məsələ, o cümlədən Mülki Prosessual Məcəlləyə, Əmək Məcəlləsinə, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, "Dərman vasitələri haqqında" qanuna, "Təhsil haqqında" qanuna, "Reklam haqqında" qanuna və digər bir sıra qanunlara əlavə və dəyişikliklər daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31