Dövlət başçısının tövsiyyələrinin icrası təmin edilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.

 Nəsimi rayonunda görülmüş işlər müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Nəsimi rayonunun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər, xüsusilə informasiya və rabitə, tikinti və xidmət sahələri üzrə 2016-cı ilin 9 ayı ərzində dinamik olmuşdur. Bildirilib ki, ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 372575.9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 909129.0 min manat məbləğində investisiya yönəldilmişdir ki, da keçən ilin müvafiq dövrünə nisbətən 14.9 faiz çox olmuşur. İstifadə edilmiş vəsaitin 680379.3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 55.9 faiz çox olmuşdur. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin yanvar- avqust ayları ilə müqayisədə 7.7 faiz artaraq 555.1 manata çatmışdır. 2016-cı ilin III rübündə 650 yeni iş yerləri açılmışdır. Onlardan hamısı daimi iş yerləridir. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 572751.3 min manat (63.0 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 336377.7 min manat (37.0 faiz) sərmayə yönəltmişlər. 2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyadan 680379.3 min manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.5 faiz çox olmuşdur. 2016-cı ilin yanvar- sentyabr aylarında podratcı təşkilatların gördükləri işlərin həcmi 569860.8 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 55.9 faiz artmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31