Gündəm
"Sülhün əldə olunması bütün bölgə üçün əhəmiyyətlidir"- Səfir
Böyük Britaniya hökümətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir. Biz münaqişənin həlli istiqamətində beynəlxalq səyləri dəstəkləyirik. Bunu SİA-ya açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib.
Ter-Petrosyan: "Ermənistanı real iqtisadi fəlakət gözləyir"
"Ermənistanı yaxın zamanda real iqtisadi fəlakət gözləyir". APA-nın “aysor.am”-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.
Elman Məmmədov: “Putinin köməkçisi özbaşına söz söyləməz”
“Rusiya prezidenti Vladimir Putinin köməkçisinin “rəsmi Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunacağına ümid bəsləmir” fikirlərini söyləməsi ilə birdaha sübut etdi ki, Dağlıq Qarabağ məsələsinin həllinin açarı elə Moskvanın cibindədir”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Asim Mollazadə: “BMT münaqişənin həllinə ciddi yanaşmalıdır”- AÇIQLAMA
“Ümumiyyətlə müsbət haldır ki, Portuqaliyanın keçmiş baş naziri Antoniu Qutteriş BMT-nin yeni baş katibi seçilməmişdən əvvəl qaçqınlar, miqrantlar məsələsi ilə məşğul olurdu”. Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Güləşçilərimiz Qitələrarası Kubok uğrunda yarışacaq
Oktyabrın 14-16-da Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək.
Bələdiyyə sədrindən maraqlı təklif
Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva maraqlı təkliflə çıxış edib. “OLAYLAR”-ın xəbərinə görə, bələdiyyə sədri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1 bəndinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan əmlaklara görə verginin bələdiyyə tərəfindən hesablanmasında dəyişiklik edilməsi məqsədə uyğun olardı.
Azərbaycanda axtarışa verilən şəxs Qazaxıstanda tutulub
Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Qazaxıstanda tutulub.
Naxçıvanda media konfransı keçirilir
Naxçıvan Texniki Kollecində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçirilir.
Hava kəskin pisləşəcək - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında oktyabrın 15-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Şəhid ailələri pulsuz oxuyacaqlar
Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunublar.
Valideyn himayəsindən məhrum olanlar üçün təhsil sahəsində güzəştlər tətbiq olunacaq
Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum qalmış 23 yaşına qədər olan şəxslər AMEA-nın magistratura pilləsində təhsil haqqı ödənişindən azad ediləcək, digər təhsil müəssisələrində bu kateqoriyadan olan şəxslər üçün bir sıra təminatlar yaradılacaq.
Şübhəli bilinərək aşkarlanan Aktivlərin dondurulması üçün yeni qaydalar müəyyənləşib
Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinərək aşkarlanan aktivlərin dərhal dondurulması üçün yeni qaydalar müəyyənləşdirilib.
Korrupsiya ilə mübarizə məqsədilə vəzifəli şəxs və ya səlahiyyətli struktur müəyyən ediləcək
Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə məqsədilə tədbirlər gücləndirilib.
Antalyada PARTLAYIŞ - YENİLƏNİB
Antalya-Kemer magistral yolu yaxınlığındakı dağlıq ərazidən balıqçıların məskunlaşdığı məkana iki raket atılıb. Raketlərdən biri balıq satılan mağazalardan birinin üstünə düşüb.
"Şakro Molodoy" kriminal aləmin lideri elan olundu
"Qanuni oğru" Zaxari Kalaşov (Şakro Molodoy) cinayət işi materiallarında barəsində "Rusiya cinayətkar aləminin lideri" ifadəsi işlədilən yeganə insandır.













