"Sülhün əldə olunması bütün bölgə üçün əhəmiyyətlidir"- Səfir
Böyük Britaniya hökümətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir. Biz münaqişənin həlli istiqamətində beynəlxalq səyləri dəstəkləyirik. Bunu SİA-ya açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib.
14 Oktyabr 2016 13:29 SiyasətBöyük Britaniya hökümətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir. Biz münaqişənin həlli istiqamətində beynəlxalq səyləri dəstəkləyirik. Bunu SİA-ya açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib. O bildirib ki, sülhün əldə olunması nəinki Azərbaycan, bütün bölgə üçün çox əhəmiyyətlidir. Diplomat əlavə edib ki, daha insan ölümünü görmək istəməzdik: "Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik. Onlar uzun müddətdir ki, bu münaqişəni həll etməyə çalışırlar. Əgər münaqişənin həllində hər hansı bir tərəqqi olsa və ölkəyə sülh gəlsə çox yaxşı olar"