Bələdiyyə sədrindən maraqlı təklif
Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva maraqlı təkliflə çıxış edib. “OLAYLAR”-ın xəbərinə görə, bələdiyyə sədri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1 bəndinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan əmlaklara görə verginin bələdiyyə tərəfindən hesablanmasında dəyişiklik edilməsi məqsədə uyğun olardı.
14 Oktyabr 2016 13:19 SosialBinəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva maraqlı təkliflə çıxış edib. "OLAYLAR"-ın xəbərinə görə, bələdiyyə sədri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1 bəndinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan əmlaklara görə verginin bələdiyyə tərəfindən hesablanmasında dəyişiklik edilməsi məqsədə uyğun olardı. Aytac Əliyevanın sözlərinə görə, həmin bənddə "xüsusi mülkiyyətində" sözü "istifadəsində" yazılsaydı bələdiyyə vergilərinin toplanılmasında böyük irəliləyişə nail olmaq olardı: "Hazırda qəsəbədə 15.606 fərdi yaşayış evi olduğu halda, onlardan yalnız 670-nın rəsmi qeydiyyatı vardır". Sədr deyir ki, belə olan halda vətəndaşları vergiyə cəlb etmək mümkün olmur. Sənədsiz evlərin sənədləşdiriməsi istiqamətində qanunvericilik bazasına əsaslı dəyişiklik edilməsi və zəbt edilmiş ərazilərə bələdiyyələr tərəfindən sənəd verilməsi hallarının asanlaşdırılması bələdiyyələrə vergi daxilolmalarının həcmini artıra bilər.