Azərbaycanda axtarışa verilən şəxs Qazaxıstanda tutulub
Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Qazaxıstanda tutulub.
14 Oktyabr 2016 13:16 KriminalAzərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Qazaxıstanda tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Vüsal Rüstəmov Qazaxıstanda saxlanılıb.
Onun ekstradisiyası üçün tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31