Gündəm
Torpaqlar üzrə torpaq vergisini bələdiyyələr toplayacaq
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqları üzrə torpaq vergisi bələdiyyə vergilərinin vergitutma obyekti olacaq.
Fransa Senatı uydurma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun qəbul edib
Fransa Senatı soyqırımların, o cümlədən uydurma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul edib.
Fərdi evlərinin tikintisi üçün müvafiq qurumların sifarişçiyə cavab vermə müddəti qısaldılıb
Azərbaycanda mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi üçün müvafiq icra hakimiyyəti orqanlarının sifarişçiyə cavab vermə müddəti qısaldılır.
Hündürlüyü 12 metrədək olan evlərin qeydiyyatı asanlaşdırılıb
Bu gün Milli Məclisin plenar iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişiklik edilib
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30%-i qeydiyyat orqanı işçilərinin (müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülməyəcək.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların qaydaları dəyişir
Bu gün Milli Məclisin plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Əməyin mühafizəsi qaydalarını təsdiqləmək üçün peşə və vəzifələrin müəyyən olunmasına ehtiyac qalmayacaq
Azərbaycanda əməyin mühafizəsi qaydalarına nəzarət mexanizmində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərində ixtisarlar ediləcək.
Qarabağ veteranlarına pensiyaya çıxandan sonra da müavinət verilməsi təklif olunub
"Əmək və əhalinin sosial müdafiəsi naziri mənə Qarabağ müharibəsi veteranı vəsiqəsini alanlarla bağlı elə bir rəqəm dedi ki, bunu parlamentdə səsləndirmək belə istəmirəm. Bizdə o sayda Qarabağ müharibəsi iştirakçıları olmayıb”.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a gedib
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar ABŞ-a səfərə gedib.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Elman Məmmədov: “Xocalı şəhidlərinin məzarlarına diqqətsizlik var”
Millət vəkili Elman Məmmədov rayonlarda Xocalı şəhidlərinin məzarlarına diqqətsizlik olduğunu açıqlayıb.
Rusiyada cinayət törədən şəxs Azərbaycanda tutulub
Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub.
Deputat şəhid övladlarının təhsil xərcinin ödənilməsi məsələsində yaş məhdudiyyətinin əleyhinə çıxıb
“Şəhid övladlarının təhsil xərclərinin dövlət tərəfindən 23 yaşına qədər ödənilməsi ilə bağlı qanunda məhdudiyyətin qoyulması düzgün deyil”.
Qərb niyə müxalifətə arxa çevirir? SİYASİ RAKURS
Ölkədə cərəyan edən son proseslərdən sonra ənənəvi müxalifət düşərgəsinin daim dəstək axtardığı Qərb siyasi dairələri də artıq onlardan əlini üzüb və düşərgəyə arxa çevirmək niyyətində olduğunu müxtəlif vasitələrlə nümayiş etdirməkdədir. Artıq görünən budur ki, Qərb siyasi dairələri, xüsusilə Avropanın aparıcı təşkilatları Azərbaycanda bu və ya digər şəkildə siyasi maraqlarını təmin edə bilməyəcəyini dərk edir, nəticə etibarilə hakimiyyətlə əməkdaşlıq üçün yeni yollar axtarır.
Britaniya- Azərbaycan əlaqələrinin gücü davam edir
Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr həmişəki kimi güclü olmaqda davam edir. Biz Azərbaycanın ən böyük sərmayəçisiyik. Ümid edirik ki, bu, davam edəcək. Bunu SİA-ya açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts deyib. O bildirib ki, Böyük Britaniyadan Azərbaycana müxtəlif sahələri təmsil edən bir sıra nümayəndə heyəti səfər edəcək. Gələn ilin əvvəlində isə Bakıda Azərbaycan -Böyük Britaniya hökümətlərarası komissiyanın növbəti iclası keçiriləcək: "Biz baş nazirin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolsonla müxtəlif məsələlər üzrə sıx işləyirik. Onun Bakıya səfəri zamanı da həmin məsələlər müzakirə olunub".












