Türkiyədə PKK-nın törətdiyi partlayışlar nəticəsində 12 hərbçi yaralanıb

Türkiyənin PKK terrorçularının Van vilayətinin Başkale bölgəsində törətdiyi partlayış nəticəsində 8 hərbçi yaralanıb.

Türkiyənin PKK terrorçularının Van vilayətinin Başkale bölgəsində törətdiyi partlayış nəticəsində 8 hərbçi yaralanıb.

APA-nın "Milliyyət"ə istinadən verdiyi məlumata görə, yola yerləşdirilmiş partlayıcı mexanizm hərbi avtomobil keçərkən işə salınıb. Yaralı hərbçilərdən ikisinin vəziyyəti ağırdır. Onlar Vana göndərilib. Ərazidə helikopterlərin iştirakı ilə əməliyyat başlayıb.

Bənzər hadisə Hakkari vilayətinin Şemdinli bölgəsində də baş verib. İlkin məlumata əsasən, partlayış nəticəsində 4 əsgər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31