SOCAR Georgia GAS” Gürcüstanda daha bir xidmət mərkəzi açıb
“SOCAR Energy GAS” MMC Gürcüstanın Kutaisi şəhərində özünün yenidən qurulmuş “Xidmət mərkəzi”ni açıb. “OLAYLAR”-ın.xəbərinə görə, açılış mərasimində “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov, İmeretiya rayonunun qubernatoru Givi Çiçinadze və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə bildirilib ki, hazırda şirkətin İmeretiyada 134 276 abonenti var və ilin sonuna kimi daha 4 700 qaz istifadəçisinin qeydə alınması gözlənilir.
14 Oktyabr 2016 12:23 Sosial"SOCAR Energy GAS" MMC Gürcüstanın Kutaisi şəhərində özünün yenidən qurulmuş "Xidmət mərkəzi"ni açıb. "OLAYLAR"-ın.xəbərinə görə, açılış mərasimində "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov, İmeretiya rayonunun qubernatoru Givi Çiçinadze və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə bildirilib ki, hazırda şirkətin İmeretiyada 134 276 abonenti var və ilin sonuna kimi daha 4 700 qaz istifadəçisinin qeydə alınması gözlənilir. Müasir avadanlıqlarla təchiz olunmuş ofis abonentlərə keyfiyyətli xidmət göstərilməsinə şərait yaradacaq, operativ və dəqiq uçot və qeydiyyatın aparılmasını, təbii qazdan istifadə ilə bağlı hesabatların hazırlanmasını təmin edəcək. Yeni texnika və texnologiyalar sənədlərin elektron variantının hazırlanması, ziyarətçilərin qəbulu kimi prosedurları asanlaşdıracaq və sürətləndirəcək. Qəbul zamanı avtomatlaşdırılmış növbəli proses metodundan istifadə ediləcək. Yeni mərkəzin personalı xidmətin keyfiyyət standartları üzrə treninqlər keçib.