Məktəblilər narkomaniya əleyhinə maarifləndirilir
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Xəzər rayonu valideyn himayəsindən məhrum uşaqlar üçün 2 nömrəli İnternat məktəbində “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
14 Oktyabr 2016 12:22 SosialNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Xəzər rayonu valideyn himayəsindən məhrum uşaqlar üçün 2 nömrəli İnternat məktəbində "Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir" mövzusunda maarifləndirmə tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə narkotiklərin insan sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbəsi, cəmiyyətin inkişafını ləngitməsi və törətdiyi sosial bəlalar və bu neqativ halların atradan qaldırılmasının zəruriliyi barədə ətraflı məlumat verilib. O cümlədən, şagirdlərə asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın əhəmiyyəti geniş şəkildə izah edilib. Həmçinin toplantı çərçivəsində şagirdlərə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları paylanılıb.