Gündəm
Dövlət Komitəsinin sabiq Aparat rəhbəri barədə cinayət işi dayandırıldı
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanovun barəsində olan cinayət işinin icraatı dayandırılıb.
DYP rəisi işdən çıxarıldı - SƏBƏB
Şabran Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib. Olaylar.az report-a istinadən bildirir ki, polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb.
Cəbhəyanı rayonların gəncləri vətənpərvər ruhda böyüyür
Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Yerevan sülh prosesinə zərər vurmaqla öz müstəqilliyinə xələl gətirir
Vaşiqntonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Səfirliyin həm-təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan və Qafqaz – irəliyə baxış” mövzusunda konfrans keçirilib.
Azərbaycanın ixrac imkanları genişlənəcək
Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin sürətlə aşağı düşməsi, nəticə etibarilə həm iqtisadi, həm də maliyyə sektorunda baş verən xoşagəlməz hallar daxili istehsalı artırmaq, ixracı genişləndirmək zəruriliyini bir daha ortaya qoydu. Baş prezident İlham Əliyev olmaqla hökumətin qısa müddətdə hazırladığı antiböhran tədbirləri vəziyyətin bir qədər normallaşmasına yol açsa da, bu istiqamətdə ardıcıl addımların atılması qaçılmaz idi.
Qəlyana aludəçilik nədən yaranır?
Son vaxtlar Azərbaycanda qəlyana maraq artmaqdadır. Hazırda elə bir restoran, kafe, bar tapmaq olmaz ki, orada qəyandan istifadə edilməsin. Vəziyyət o dərəcədə açınacaqlı hal alıb ki, hətta çaixanalar müştəriləri açıq şəkildə qəlyana dəvət edirlər. Bunu elə paytaxtdakı çayxanaların tanıtım lövhələrində açıq-aydın görmək olar. İş orasındadadır ki, qəlyandan istifadə o dərəcədə geniş yayılıb ki, hətta qadınlar və azyaşlı uşaqlar aludəçiyə çevriliblər. Bu gün qəyan çəkmək gənclərin ən sevimli məşğuliyyəti hesab olunur.
Uşaqlarda nitq inkişafına necə nail olmaq mümkündür?
Uşaqlar dünyaya gəldiyi gündən etibarən ətrafdakı insanların səsini eşidir. Onların gülüşü, sevinci, kədəri uşağa təsir etməyə başlayır. Bəs necə olur ki, heç bir hazırlığa getmədən uşaq danışmağa başlayır? Hərfləri əlimizdən tutub kömək edərək bizi öyrədirlər. Bəs danışıq, onu necə öyrənirik?
“Mədəsi çıxarılmış” xəstə Akif Çovdarov məhkəməyə necə gətirilir?
Ləğv olunmuş MTN-in saysız-hesabsız cinayətlərdə əli olan idarə rəisi Akif Çovdarov həbs olunduqdan sonra onun səhhəti, daha doğrusu, səhhətinin pozulması barədə “nağıllar, əfsanələr” peyda olmağa başladı. Gah Çovdarovun mədəsini çıxardılar, gah xərçəng xəstəliyinə tutuldu...
Nazir: "Peyklə işğal altında olan ərazilərimizin talan olunmasını təsdiqləyən materiallar toplanıb"
"Yaxın günlərdə Azərbaycan və Hindistan ekologiya nazirlərinin görüşü keçiriləcək. Görüşdə işğal olunmuş Azərbaycan torpaqlarında xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti müzakirə olunacaq".
Azərbaycana ərəb turistlərin axını nəyə səbəb olacaq?
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayının artması iki ölkə arasında biznes əlaqələrinin yaxşılaşmasına səbəb olacaq.
FETÖ ilə mübarizə yeni mərhələdə
İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin Özbəkistan paytaxt Daşkənddə oktyabrın 18-19-da keçirilən 43-cü sessiyasında FETÖ terrorçu təşkilat elan edildi. Bu qərar bir tərəfdən Ankaranın ciddi uğuru sayıla bilər. Digər tərəfdən qərarın hamı tərəfindən yerinə yetirilb-yetirilməyəcəyi sualı açıq qalır.
“Qırğızıstan” kitabı Azərbaycan dilinə tərcümə edilib
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Qırğızıstan Respublikası Joqorku Keneşinin II, III, V çağırışlarının deputatı, jurnalist, politoloq, siyasi elmlər doktoru İmanəliyev Kanıbəy Kapaşoviçin “Qırğızıstan” kitabı Azərbaycan dilinə tərcümə edilmişdir.
Aprel döyüşlərində şəhid olmuş əsgərin ailəsinə ev verildi
Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kəndində doğulan Ülvin Məmmədovun ailəsi üçün yaşadıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni fərdi yaşayış evi inşa edilib.
Mais Səfərli: "Pozuculuq cəhdlərinin qarşısı alınmalıdır"- MÖVQE
“Leyla Yunusun Nardaran hadisələrinin ideoloqu Taleh Bağırzadəyə dəstək nümayiş etdirən məktub göndərməsi onun bu əməlinin sifarişli xarakter daşımasından xəbər verir”. Bu barədə SİA-ya “Yurddaş” partiyasının sədri Mais Səfərli sözügedən məsələyə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, siyasət dinə qoşulanda radikal bir hərəkat yaranır: “Artıq biz bunu başqa ölkələrin təcrübəsindən görürük ki, radikal dini hərəkatlar hansı ağır fəlakətlər yaradır. Yəni o ölkələrdə ki, dindən siyasi məqsədlər üçün istifadə olunur, həmin ölkələrin aqibəti faciəvidir. Bu kimi ölkələrdə cərəyan edən qarışıqlıq bizim ölkəmizdə ola bilməz. Çünki bu cür hərəkətlərin baş verməsinə nə qanunlarımız, nə də cəmiyyətimiz yol verməz”.
Mütəllim Rəhimli: “Leyla Yunusun hərəkətlərini pisləyirəm”- ETİRAZ
“Son vaxtlar Azərbaycanda siyasi məhbus məsələsindən bəzi müxalif qüvvələr manupulayasiya etməyə çalışırlar. "Siyasi məhbus" şousunun gündəmə gəlməsində bəzi xarici qüvvələrin maraqları var ki, daimi olaraq, bu məsələni gündəmdə saxlamağa çalışırlar”. Bu fikirləri SİA-ya Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli Leyla Yunusun Tale Bağırzadəyə dəstək məktubu göndərməsinə və qızışdırıcılıq mövqeyi sərgiləməsi istiqamətindəki çağırışlarına münasibətini bildirərkən deyib.














