Gündəm
Millət vəkili: “Bu, ermənilərin də gözündən qaçmayıb”- MÜNASİBƏT
“Prezident İlham Əliyevin Rusiyanın “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi intervüyə baxdım. Bu, janr baxımından qətiyyən portret intervü deyildi. Ancaq belə demək mümkünsə, verilən nahamar suallara cənab Prezidentin açıq, cəsarətli və səmimi cavabları onu portret intervüyə çevirib”.SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.
Arman Məlikyan: “Bir variantımız var – ərazilərin təslim edilməsi” - ERMƏNİ BAXIŞI
“Erməni tərəfi danışıqlar prosesində təşəbbüslər göstərməli və öz mövqelərini təmin etmək üçün yeni yanaşmalara getməlidir”. SİA-nın məlumatına görə, bu fikirləri Ermənistanın 1-ci kanalına qondarma “dqr”in sabiq “daxili işlər naziri”, fövqəladə və səlahiyyətli səfir Arman Məlikyan İrəvanda KTMT-nın sammitinin nəticələrini şərh edən müsahibəsində deyib.
Evlər bahalaşacaq? EKSPERT RƏYİ
“Tikinti bazarında qiymətlərin artmasının səbəbləri var. Bu səbəblərə əvvəlki dövrlərdə anbarlardakı məhsullara olan tələbat, məhsulların yeni məzənnələrlə ölkəyə gətirilməsi, eləcə də iyun-avqust aylarında biznesmenlərin, tikintidə fəaliyyət göstərən subyektlərin daha bahalı qiymətə xarici valyuta alması daxildir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
ETSN: Avtomobil yollarında sürüşmələr aktivləşib
"Son günlər yağan yağışların təsirindən Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərindəki sürüşmə sahələri aktivləşib”.
Messi 10 ildən sonra...
Çempionlar Liqasının (ÇL) qrup mərhələsində "Mançester Siti" ilə oyunda het-trik edən "Barselona"nın hücumçusu Lionel Messi daha bir rekordu təkrarlayıb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, ÇL-də qollarının sayını 89-a çatdıran argentinalı bu dəfə fərqli göstərici ilə tarixə düşüb.
Rusiyadan ŞAD XƏBƏR
"Rusiya yük daşımalarını həyata keçirən azərbaycanlı sürücülərin ərazisində qalma müddətini 120 günədək artırmağa hazırdır".
Razılaşsa, hər seriyaya görə 95 min qazanacaq
Mosul əməliyyatı davam edir: İŞİD liderləri qaçırlar - VİDEO
İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə əməliyyatlar davam edir. Olaylar.az Trend-ə istinadən bildirir ki, beynəlxalq koalisiya qüvvələrinin komandanlarından olan ABŞ generalı Qeri Voleski bildirib ki, İŞİD rəhbərlərinin Mosuldan çıxması barədə xəbərlər var. Terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin isə harada olduğu bilinmir.
İctimai Komitənin 10 illiyi qeyd edilib
Ədliyyə Nazirliyində İctimai Komitənin fəaliyyətinin 10 illiyinə həsr olunmuş konfrans keçirilib. Tədbirin açılışında çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümünə təsadüf edən konfransın əhəmiyyətini qeyd edib, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində və Azərbaycanın hərtərəfli dinamik inkişafının təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqi yolu keçdiyini, sabitliyin və təhlükəsizliyin təmin edildiyini, bütün sahələrdə yüksək nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
Sahibkarlar üçün təlim keçirilib
Müvəkkil Hüquq Mərkəzi Qazax rayonunda “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar üçün təlim keçirib. “OLAYLAR”-ın xıəbərinə görə, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutub.
Sərbəst güləşçilərimiz Olimpiya mükafatçısının turnirində iştirak edəcək
22-23 oktyabrda Dağıstan Respublikasında Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçiriləcək.
Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb
Çexiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarı Martin Stropnitski ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri, Dağlıq Qarabağ münaqişəsi, eləcə də regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub.
Aprel döyüşlərinin qəhramanı Murad Mirzəyev haqqında film çəkilir
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi əsasında dörd günülük aprel döyüşlərinin qəhramanı, Azərbaycanın Milli Qəhramanı, polkovnik Murad Mirzəyev haqqında sənədli filmin çəklişlərinə başlanılıb. ATXƏM-in Mətbuat xidmətindən “OLAYLAR”-a bildiriblər ki, tanınmış jurnalist Bəxtiyar Qaracanın "Bitməyən savaşın qəhramanları" seriyasından olan sənədli film ictimayyətə "31 mart Azərbaycanlıların soyqırımı" və milli qəhramanın doğum günü ərəfəsində təqdim olunacaq. Filmdə aprel döyüşlərinin əhəmiyyəti, milli qəhramanın həyat və döyüş yolu haqqında geniş məlumat veriləcək.
Bakıda şagirdi döyən müəllim və məktəb direktoru işdən çıxarıldı
Bakı şəhəri 247 nömrəli tam orta məktəbin şagirdinə müəllimi tərəfindən xəsarət yetirilməsi barədə məlumat aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapıb.
Prezident İlham Əliyev: "Biz dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən önəmli ölkəyə çevriləcəyik"
Bu sözləri dövlətimizin başçısı Qazaxda "Birinci Şıxlı" kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin ümayəndələri ilə görüşdəki çıxışında deyib














