Mosul əməliyyatı davam edir: İŞİD liderləri qaçırlar - VİDEO
İraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə əməliyyatlar davam edir. Olaylar.az Trend-ə istinadən bildirir ki, beynəlxalq koalisiya qüvvələrinin komandanlarından olan ABŞ generalı Qeri Voleski bildirib ki, İŞİD rəhbərlərinin Mosuldan çıxması barədə xəbərlər var. Terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin isə harada olduğu bilinmir.
20 Oktyabr 2016 14:05 Dünyaİraqın Mosul şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə əməliyyatlar davam edir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, beynəlxalq koalisiya qüvvələrinin komandanlarından olan ABŞ generalı Qeri Voleski bildirib ki, İŞİD rəhbərlərinin Mosuldan çıxması barədə xəbərlər var. Terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin isə harada olduğu bilinmir.
Bundan başqa, İraqdakı "Peşmərgə" qüvvələri Mosulun Naveran bölgəsində İŞİD-ə məxsus pilotsuz uçuş aparatını vurub.
Səhər saatlarında isə "Peşmərgə" 3 qəsəbəni İŞİD-dən təmizləyib.