Sahibkarlar üçün təlim keçirilib
Müvəkkil Hüquq Mərkəzi Qazax rayonunda “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar üçün təlim keçirib. “OLAYLAR”-ın xıəbərinə görə, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutub.
20 Oktyabr 2016 14:01 SosialMüvəkkil Hüquq Mərkəzi Qazax rayonunda "Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq" mövzusunda sahibkarlar üçün təlim keçirib. "OLAYLAR"-ın xıəbərinə görə, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əhali arasında "Açıq Hökumət"in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində baş tutub. Mərkəzin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olmasına diqqət çəkib. Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla aparılmışdır. Təlim "Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri" və "Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili" mövzusunda aparılıb. Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.