Gündəm
FETÖ-nun Qazaxıstandakı məktəbləri bağlandı
Qazaxıstandan gələn son xəbərlərə görə dövlət bu təşkilata aid olan tam 27 təhsil müəssisəsini bağlayıb. Buraya kollec, məktəb və kurslar da daxildir. Artıq burada davam edəcək tədris və idarə prosesinə Qazaxıstanın dövlət orqanları nəzarət edəcək. Bu məktəblər Qazaxıstan Təhsil Nazirliyinin balansına keçiriləcək. Tədris müəssisələrindəki müəllim və idarə kadrosuda dövlətin təyin etdiyi şəxslər tərəfindən aparılacaq. Olay Qazaxıstan -Türkiyə Təhsi Vəqfi( Təşkilatı) tətəfindən də təsdiqlənib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Kriminal avtoritetin oğlu öldürüldü
Rusiyada kriminal avtoritet Nikolay Troyanın oğlu Yevgeni Yudin öldürülüb. Aznews.az xəbər verir ki, hadisə ötən həftəsonu Novouralskda baş verib. Məlumata görə, hadisə baş verən zaman 27 yaşlı Yudin 40 yaşlı tanışı və 2 qızla birlikdə 15-ci kilometrdə yerləşən mənzildə olublar. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. Bu zaman Yudinin tanışı ona bıçaq zərbəsi endirib. Zərbə avtoritetin oğlu üçün ölümcül olub və o, hadisə yerindəcə keçinib.
Nazir: "Bu, qanunsuz fəaliyyətdir"
Yaxın günlərdə Azərbaycan və Hindistan ekologiya nazirlərinin görüşü keçiriləcək. Görüşdə işğal olunmuş Azərbaycan torpaqlarında xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti müzakirə olunacaq.
Prokuror qohumunu öldürən iki qardaşa 40 il cəza istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Vasif Məmmədovu qətlə yetirməkdə, qardaşı Asif Məmmədovu isə bıçaqlamaqda təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Elnur Nağızadəyə qarşı açılmış cinayət i şi üzrə istintaq DAYANDIRILDI
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində başlanmış cinayət işi üzrə istintaq dayandırılıb. Olaylar.az APA-ya istinadən bildirir ki, E.Nağızadə ölkədən qaçdığına görə, barəsində beynəlxalq axtarış elan edilib, bununla bağlı cinayət işi üzrə istintaq dayandırılıb. Qeyd edək ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.
Keçmiş MTN polkovniki vəfat etdi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib. Olaylar.az report-a istinadən bildirir ki, istefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Pula ehtiyacı olduğuna görə əlxaqsızlıq edən tələbələr tutuldular
Türkiyədə pula ehtiyacı olan tələbə qızları fahişəliyə cəlb edən 31 yaşlı qadın və ərinin məhkəməsi keçirilib.
Türkiyənin regionda nüfuzunun artması digər gücləri narahat edir
İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiya qüvvələrinin başladığı əməliyyatların hansı sonluqla nəticələnəcəyi günün ən aktual suallarındandır. Bir çoxları terror təşkilatına qarşı başlanan mübarizənin effektli olacağını bildirsə də, lakin bunun əksini söyləyənlər də var. Bu arada Türkiyənin hərbi əməliyyatlarda iştirakına yaradılan maneə də birmənalı qarşılanmır və bu Ankaranın Yaxın Şərqdəki proseslərdən kənarlaşdırılması kimi xarakterizə edilir. Bəs görəsən ekspertlər bu barədə nə düşünürlər. Qeyd edilən məsələlərlə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.
Əli Ömərov Ayaz Mütəllibova açdığı cinayət işindən DANIŞDI
"Ayaz Mütəllibov ermənilər tərəfindən Xocalı faciəsinin törədilməsində təqsirlidir. Baş prokuror olan zaman biz Xocalı faciəsi ilə bağlı təqsirli bilinən 8 nəfərin adını yazmışdıq. Onlar maddi və mənəvi cinayət törətməkdə ittiham olunurdu. Həmin şəxslərdən biri də Ayaz Mütəllibov idi”.
Azərbaycanla müqaviləyə xəyanət
Küveyt dövlətinin Azərbaycanın işğal olunmuş ərazilərində müsəlmanlara qarşı qətliam törədən ermənilərə yardımı ortaya çıxıb.
Kiyevin son şansı: Poroşenko Putinin əlini niyə sıxmadı?
Dünən diqqətlər Berlinə yönəlmişdi. Ukrayna böhranını həll etmək üçün yaradılan “Normandiya dördlüyü”nün liderləri – Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko növbəti dəfə bir masa ətrafına yığışdılar.
GİZLİ RAZILAŞMA: Bu güclər o ölkələri bölüşdürür
“Məqsəd Mosulun İŞİD-dən təmizlənməsi yox, Yaxın Şərqin yeni xəritəsini çəkməkdir”.
İlhamə Quliyevaya brilyant verənlərə cavab: ""Duxu"nuz çatırdısa..."
Şou-biznesin tanınmış nümayəndələri xalq artisti, mərhum sənətkar İlhamə Quliyevaya ad günündə bahalı hədiyyələr bağışladıqlarını etiraf ediblər.
Səidədən Elnarəyə: "Başını üzərəm"
Müğənni Səidə Sultanla Elnarə Xəlilova arasındakı qalmaqal daha da böyüyüb. Olaylar.az axşam.az-a istinadən bildirir ki, E.Xəlilova açıqlama verərək Səidəni "W-trio" qrupuna onun gətirdiyini bildirib.
8 ay əvvəl öldü, qonşuların dünən xəbəri oldu
Belçikada 82 yaşlı kişinin öldüyünü qonşular 8 aydan sonra biliblər. Milli.Az "Haberler"ə istinadla xəbər verir ki, istilik sistemlərinin qoşulması üçün imza toplayan qonşular kişinin qapısını döyüblər. Onlar qapının açılmamasından şübhələnərək polis çağırıblar. Polislər qapını qıraraq içəri giriblər. Onları gördükləri qorxunc mənzərə qarşısında şoka düşüblər. Belə ki, polislər 82 yaşlı kişinin çürümüş cəsədini tapıblar. Araşdırmalar nəticəsində məlum olub ki, kişi 8 ay əvvəl dünyasını dəyişib. Qeyd edək ki, onun 2 oğlu var.














