Türkiyənin regionda nüfuzunun artması digər gücləri narahat edir

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiya qüvvələrinin başladığı əməliyyatların hansı sonluqla nəticələnəcəyi günün ən aktual suallarındandır. Bir çoxları terror təşkilatına qarşı başlanan mübarizənin effektli olacağını bildirsə də, lakin bunun əksini söyləyənlər də var. Bu arada Türkiyənin hərbi əməliyyatlarda iştirakına yaradılan maneə də birmənalı qarşılanmır və bu Ankaranın Yaxın Şərqdəki proseslərdən kənarlaşdırılması kimi xarakterizə edilir. Bəs görəsən ekspertlər bu barədə nə düşünürlər. Qeyd edilən məsələlərlə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.

Elşən Mustafayev: "İŞİD təhlükəsi İraqdan silinsə belə  sabitliyin yaranması uzun illər aparacaq"

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiya qüvvələrinin başladığı əməliyyatların hansı sonluqla nəticələnəcəyi günün ən aktual suallarındandır. Bir çoxları terror təşkilatına qarşı başlanan mübarizənin effektli olacağını bildirsə də, lakin bunun əksini söyləyənlər də var. Bu arada Türkiyənin hərbi əməliyyatlarda iştirakına yaradılan maneə də birmənalı qarşılanmır və bu Ankaranın Yaxın Şərqdəki proseslərdən kənarlaşdırılması kimi xarakterizə edilir. Bəs görəsən ekspertlər bu barədə nə düşünürlər. Qeyd edilən məsələlərlə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.

-Elşən bəy, artıq bir neçə gündür ki, beynəlxalq koalisiya qüvvələri İŞİD terror təşkilatına qarşı mübarizəyə başlayıb. Bu əməliyyatlardan gözləntilər nədir?

-Ilk dəfədir ki, İŞİD terror təşkilatına qarşı İraq ərazisində bu səviyyədə əməliyyatlara start verilib. Nəticəsini və ya bunun nə müddət çəkəcəyini  indidən demək bir az tezdir. Bu koalisiya qüvvələrinin,  xüsusilə də ABŞ-ın iradəsindən,  eyni zamanda bu əməliyyatlara  bütün sahələr üzrə texniki,  kəşfiyyat işləri,  ordunun mənəvi durumu baxımında nə qədər hazır olmasından asılı olacaq. Bildiyiniz kimi İŞİD yaşayış bölgələrində dinc insanların arasında  onlardan canlı qalxan kimi istifadə etməklə həm müdafiə olunur, həm də əməliyyatlar aparır. Problemin bu günə kimi həll oluna bilməməsi səbəblərindən biri onların müəyyən qüvvələr tərəfindən hansısa maraqlar xətirinə müdafiə olunmasıdırsa , digər səbəbi də məhz dediyim faktordur. İŞİD-i konkret yaşayış məntəqələrindən vurub çıxartsalar belə düşünürəm ki,  onları tam zərərsizləşdirmək illər aparacaq. Artıq illərdir ki,  şəbəkələşmiş bir qurum kimi fəaliyyət göstərən bu təşkilatı qısa müddətə tam mənada zərərsizləşdirmək mümkün olmayacaq. .Amma istənilən halda onların məhvinin başlanğıcı məhz belə davamlı əməliyyatlardır.

-İŞİD-ə qarşı başlanan hərbi əməliyyatlar terror təşkilatının digər region ölkələrinə keçməsinə səbəb ola bilərmi?

-İŞİD zatən region ölkələrində mövcuddur. İraq və Suriyada açıq döyüşlər aparsalar da, digər ölkələrdə mütəmadi terror hadisələri törədirlər. Təbiidir ki, aktiv əməliyyatlar zonasında qurumun rəhbərliyi qalmayacaq və daha təhlükəsiz yerdən gizli şəkildə fəaliyyətlərini davam etdirməyə çalışacaqlar. Mümkündür ki , onlar diqqəti yayındırmaq üçün müxtəlif yerlərdə terror aktları törətməyə cəhdlər edəcəklər. Amma hesab edirəm ki , əməliyyatlar davam etməlidir. Uğurlu nəticənin açarı isə İŞİD-in silah və maliyyə mənbələrini qapatmaqdır. Bunu müəyyən etmək koalisiya qüvvələri üçün elə də çətin deyil. Silahsız və maliyyəsiz İŞİD-ə  hərbi əməliyyatlar aparmaq və terror hadisələri törətmək çətin olacaq.

-Bəs terror təşkilatının Türkiyəyə müdaxiləsi mümkündürmü?

-İŞİD-in İraqda və Suriyada etdiklərini Türkiyədə təkrarlamaq mümkünsüzdür. Amma qanlı aksiyalar  keçirməyə cəhdlər edə bilərlər.Amma daha təhlükəlisi odur ki, bu situasiyadan istifadə edərək  Türkiyədə aranı qarışdırmaq istəyən Türkiyə düşmənləri də fəallaşa bilər. Bu sırada türk ordusu və xüsusi xidmət orqanlarının üzərində böyük məsuliyyət var.

-Bəs, hərbi əməliyyatlar İraqa sabitlik gətirilməsinə yol açacaqmı və bu ölkədə koalisiya qüvvələri sabitliyi bərpa edə biləcəklərmi?

-Gələcəkdə İŞİD təhlükəsi İraqdan silinsə belə  sabitliyin yaranması uzun illər aparacaq. Orada İŞİD-ə qədər də ağır qeyri-sabit vəziyyət mövcud  idi. Mütəmadi terror aktları baş verirdi, siyasi rəhbərlikdə müxtəlif məsələlərlə bağlı ciddi fikir ayrılıqlarıı var idi və s.. İŞİD terror təşkilatının yaranması bu problemleri yalnız konservasiya etmişdi. Odur ki , gələcəkdə İŞİD-dən sonrakı İraqda bu problemlərin yoluna qoyulması üçün çalışılmalıdır

 -Sizcə, koalisiya qüvvələrinin İŞİD-dən sonrakı hədəfi Əsəd ola bilərmi və bu halda Rusiya ilə Qrəb yenidən baş-başa gələ bilərmi?

-Koalisiya qüvvələrinin bu gün belə hədəfi Əsəddir. Hətta mən deyərdim ki,İŞİD terror təşkilatı ilə Bəşər Əsədi təxminən eyni şəkildə qəbul edirlər.Onlara  qarşı proses də paralel aparılır.  Bu gün Rusiya faktoru olmasaydı Əsəd rejimi çoxdan yox idi. Oktyabr ayında Suriyada hərbi əməliyyatların güclənməsi, Əsəd qüvvələri ilə müxalifət arasında gedən qanlı döyüşlər göstərir ki, Bəşər Əsədin hakimiyyətdən getməsinin sonrakı vaxtlara qədər təxirə salınmasını deyənlər yanılırlar. Məhz son günlər Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlərin gərginləşməsi, hətta bir-birlərini nüvə hücumları ilə təhdid etmələri ( xüsusilə də Rusiyanın ) onu göstərir ki, Suriya problemi ətrafındakı halqa kifayət qədər daralmağa başlayıb.

-Bəs, Mosul əməliyyatında Türkiyəni kənarda saxlamaqda niyyət nədir?

-Birləşmiş Ştatlar -Türkiyə münasibətlərinin normal olduğu  zamanlarda belə Tükiyənin  İraqa əskər göndərməsinə imkan verilməmişdi .Xatırlayırsınızsa illər öncə İraqda- Süleymaniyədə Birləşmiş Ştatlar əskərləri orada mövcud olan yeganə türk tagımıın  başına çuval keçirdib həbs etmişdilər. O zaman bu böyük rezonans da dogurmuşdu. Bu gun isə  Tükiyə -Rusiya münasibətlərinin istiləşditiyi , Amerika -Türkiyə münasibətlərinin gərginləşdiyi bir zamanda sözsüs ki , koalisiya qüvvələri Tükiyəni bu əməliyyatlardan kənarda saxlamağa məcburdurlar. Digər tərəfdən Türkiyənin regionda olan nüfuzunun belə əməliyyatlarda iştirakdan sonra daha da qalxması ehtimalı bölgədə marağı olan digər gücləri də narahat edir. Həmçinin yaddan çıxmamalıdır. İslam dünyasının davamlı ,400 ildən artıq  və sona qədər  islam xəlifələri Osmanlı Sultanları olublar.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31