Keçmiş MTN polkovniki vəfat etdi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib. Olaylar.az report-a istinadən bildirir ki, istefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib.
20 Oktyabr 2016 15:56 SosialLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki vəfat edib.
Olaylar.az report-a istinadən bildirir ki, istefada olan polkovnik Nazim Alxasov uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, N.Alxasov 1954-cü ildə Qusarın Çətkün kəndində anadan olub. Uzun illər xüsusi xidmət orqanlarında işləyib. Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə 2002-ci ildə Prezidentin fərmanı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
2006-cı ildə təqaüdə çıxıb.
Xatırladaq ki, N.Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun qardaşıdır.