Qəlyana aludəçilik nədən yaranır? 

Son vaxtlar Azərbaycanda qəlyana maraq artmaqdadır. Hazırda elə bir restoran, kafe, bar tapmaq olmaz ki, orada qəyandan istifadə edilməsin. Vəziyyət o dərəcədə açınacaqlı hal alıb ki, hətta çaixanalar müştəriləri açıq şəkildə qəlyana dəvət edirlər. Bunu elə paytaxtdakı çayxanaların tanıtım lövhələrində açıq-aydın görmək olar. İş orasındadadır ki, qəlyandan istifadə o dərəcədə geniş yayılıb ki, hətta qadınlar və azyaşlı uşaqlar aludəçiyə çevriliblər. Bu gün qəyan çəkmək gənclərin ən sevimli məşğuliyyəti hesab olunur.

Bir qulam qəlyan, bir ədəd siqareti çəkməyə bərabərdir

Son vaxtlar Azərbaycanda qəlyana maraq artmaqdadır. Hazırda elə bir restoran, kafe, bar tapmaq olmaz ki, orada qəyandan istifadə edilməsin. Vəziyyət o dərəcədə açınacaqlı hal alıb ki, hətta çaixanalar müştəriləri açıq şəkildə qəlyana dəvət edirlər. Bunu elə paytaxtdakı çayxanaların tanıtım lövhələrində açıq-aydın görmək olar. İş orasındadadır ki, qəlyandan istifadə o dərəcədə geniş yayılıb ki, hətta qadınlar və azyaşlı uşaqlar aludəçiyə çevriliblər. Bu gün qəyan çəkmək gənclərin ən sevimli məşğuliyyəti hesab olunur. Bəs, qəlyan orqanizm üçün nə dərəcədə zərərlidir? Əvvala oradan başlayaq ki, qəlyana niyə insanları bu qədər özünə cəlb edir? Bakı şəhər sakini İlqar Rüstəmov deyir ki, o gün olmur ki, qəlyan çəkməsin: "Son vaxtlar qəlyanın bir neçə növləri, müxtəlif meyvə dadlıları yaradılıb. Bu dadlar insana xoş təsir etdiyi üçün qəlyan sevgisi yaranır və zamanla qəlyana alışırsan". Onun sözlərinə görə, açıq şəraitdə qəlyan çəkilməsi qəbuledilməzdir. Lakin buna baxmayaraq Bakı şəhərində fəaliyyət göstərən əksər kafe və çayxanalarda müştərilərə qəlyan təklif olunur. Hansı ki, qəlyan yalnız havatəmizləyici sistemi normal işləyən iaşə obyektlərində verilə bilər: "Bildiyimə görə, ən təhlükəlisi isə qəlyandan əvvəl və sonra spirtli içki içməkdir. Bu orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən çox nikotin var". Məlumata əsasən qəlyana aludəçiliyin təhlükəsi heç də siqaretdən geri qalmır. Məhz bu səbədən mütəxəssislər qəlyan və tütün məmulatlarının təhlükəsi haqqında yeni xəbərdarlıq ediblər. Daha dəqiq, alimlər bir çoxlarının az zərərli hesab etdikləri qəlyanın daha çox təhlükəli olması barədə xüsusi xəbərdarlıq ediblər. Tədqiqatçıların qənaətinə görə bir qulam qəlyan (nargilə), bir ədəd siqareti çəkməyə bərabərdir. Bəziləri ətirinə görə, bəziləri isə az zərəri olduğunu güman edərək qəlyana üstünlük verirlər. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı və "Atlas Tütün" mütəxəssisləri bildirirlər ki, bir oturumda çəkilən qəlyan, 20-30 ədəd siqareti çəkməyə bərabərdir. Qəlyanın tərkibində insult, qəlb xəstəlikləri və xərçəngə səbəb olan dəm qazı olduqca çoxdur. Qəlyan çəkən insan onu sorduqda qətran, nekotin, qurğuşun və arsen kimi müxtəlif zəhərli maddələri udmuş olur. Mütəxəssislər deyirlər ki, qəlyanın tütününü qızdırmaq üçün alışdırılan kömür və ondan çıxan tüstü zəhərli və kanserogen (xərçəngə səbəb olan) maddələri qəlyan çəkərkən udur. Qəlyan aparatının içərisində olan suya gəldikdə vərəm, xroniki bronxit, infeksiyalar və müxtəlif təhlükəli xəstəliklərə səbəb olacaq mikroblarla "zəngin" olur. Mütəxəssislər həzm yolu infeksiyası və dodaq herpesi kimi infeksiyalı xəstəliklərin səbəbini qəlyanda görürlər. Deyilən təhlükələr təkcə adi qəlyana deyil, elektron qəlyanlara da aiddir. Elektron qəlyanlar ətirlədici maddələrlə işləndiyi üçün daha təhlükəlidir. Bu xərçəngə, allergiyaya və asılılığa səbəb olur. Dünyada hər altı saniyədə bir nəfər insan tütün məmulatları səbəbi ilə dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə tütün məmulatları səbəbi ilə hər il altı milyona qədər insan məhv olur. Onların altı yüz mindən çoxu passiv siqaret çəkənlərdir. Həkim-terapevtlər hesab edirlər ki, qəlyan spirtli içki və siqaret kimi insan orqanizmi üçün çox zərərlidir. Hətta 1 saat qəlyan çəkmək yüz siqaretə bərabərdir. Qəlyanın tərkibində qatran, karbon qazı və ağır metallar var ki, bu da tənəffüs sisteminə ağır təsir göstərir. Qəlyandan istifadə edən insanlarda infeksion xəstəliklərə yoluxma ehtimalı daha yüksəkdir. Buna səbəb tütünün tərkibindəki yüzlərlə toksin birləşmələridir. Nikotin immun sisteminin müdafiə qabiliyyətini azaldır. Həmçinin orqanizmdəki bakterialara qarşı mübarizəni zəiflədir. Belə insanlar iltihabi xəstəliklərə qarşı həssas olurlar. Hətta mütəxəssislər qəlyan çəkən insanla siqaretdən istifadə edən arasında müşahidə apararkən belə qənaətə gəliblər ki, qəyan çəkənin orqanizmi daha tez qocalır. Məlumdur ki, ağız və burun boşluğunun selikli qişasında immun sisteminin qoruyucu hüceyrələri yerləşir. Bu hüceyrələr selikli qişaya daxil olan zərərli maddələri qoruyub saxlayırlar. Daha sonra selikli qişa orada hazırlanan seliyin köməkliyi ilə bu mikrobları əhatə edərək, onların orqanizmdən xaric olunmasına gətirib çıxarır. Qəlyandan istifadə edən insanlarda isə ağız və burun udlağının selikli qişası müəyyən dərəcədə quruyur. Nəticədə onlar faktiki olaraq selikli qişa rolunu oynaya bilmir və mikroblar orada ilişib qalmaq əvəzinə orqanizmə daxil olur. Beləliklə, infeksiya, virus və bakteriyalara qarşı yaradılmış bu təbii maneə dağılmış olur. Qəlyan insanlarda vərəm və hepatit virusuna meyilliyi artırır. Psixoloqlar hesab edirlər ki, bu vərdişdən əl çəkmək mümkündür. Nəzərə almaq lazımdır ki, bir dəfə çəkilən qəlyan orqanizmin bir aylıq immunitetini məhv edir. Qəlyan aludəçilik yaratdığı üçün ondan əl çəkmək də çətindir, amma təbii ki, mümkündür. Bunun üçün müxtəlif çərəzlər yemək, gün ərzində iki dəfə çobanyastığı çayı içmək lazımdır. Təbii ki, bu halda mümkün qədər qəlyandan uzaqlaşmaq olar.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31