Yerevan sülh prosesinə zərər vurmaqla öz müstəqilliyinə xələl gətirir
Vaşiqntonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Səfirliyin həm-təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan və Qafqaz – irəliyə baxış” mövzusunda konfrans keçirilib.
20 Oktyabr 2016 15:12 SiyasətSəfir "Freedom House"un keçmiş direktorunu qərəzlilikdə ittiham etdi
Vaşiqntonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Səfirliyin həm-təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş "Azərbaycan və Qafqaz - irəliyə baxış" mövzusunda konfrans keçirilib. Tədbirdə ABŞ dövlət qurumları, düşüncə mərkəzləri, diplomatik korpus, media və çox saylı ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransın moderatoru qeyd edilən institutunun direktoru, region üzrə tanınmış ekspert Svante Kornell olub. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-kı səfiri Elin Süleymanov Azərbaycanın müstəqillik illərində qazandığı uğur və əldə edilmiş nailiyyətləri barədə geniş məlumat verərək bildirib ki, Azərbaycan müstəqilliyi dövrünndə iqtisadi, sosial və dövlət quruculuğu sahələrində möhtəşəm nailiyyətlər əldə edib. Səfir Azərbaycanın təşəbbüsü, dəstəyi və yaxından iştirakı ilə regionda həyata keçirilən layihələrdən də söz açaraq deyib ki, bu layihələr bütün region ölkələrin iqtisadi rifahına və daha yaxın əməkdaşlığına xidmət edib: "Qara Dəniz, Aralıq Dənizi, Egey Dənizi, Adriatik Dəniz coğrafiyalarına yol açan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzərum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr bu qəbildən olan layihələrdir". Səfir deyib ki, Şərqdə ilk müsəlman demokratik respublikanın davamçısı olan Azərbaycanın ənənəvi olaraq müxtəlif millət və mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu dilə gətirərək hazırda ölkə rəhbərliyinin bu ənənəyə sadiq qaldığını və onu dünyada radikalizm və dözümsüzlüyün baş qaldırdığı bir zamanda dünya miqyaslı mədəniyyətlərarası forumların təşəbbüskarı və aparıcı qüvvəsinə çevrilib. Bunun Azərbaycan tarixindən qaynaqlandığı və ölkə başçısı cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirildiyi vurğulanıb. Səfir eyni zamanda tədbir iştirakçılarının çoxsaylı suallarını da cavabalndırıb. Nəqliyyat dəhlizi ilə bağlı qaldırılan sualı cavablandıran səfir Süleymanov Azərbaycanın beynəlxalq əhəmiyyətli iri infrastruktur layihələri həyata keçirdiyi, müasir İpək Yolunun canlanması üçün bir sıra ölkələrlə, o cümlədən Çinlə əməkdaşlıq edir, Azərbaycanın AZAL və Silkway şirkətlərinin müasir təyyarə donanmasına sahib olduğu və onların, habelə dünyanın bir sıra ölkələrinə, o cümlədən ABŞ-ın Nyu York və Çikaqo şəhərlərinə sərnişin və yük daşıma uçuşları həyata keçirməklə Azərbaycanı hava limanı mərkəzinə çevirməkdədir.
Qaldırılan suallar arasında erməni diplomatı tərəfindən verilən təxribat xarakterli suala cavab olaraq səfir Süleymanov Azərbaycanın hər zaman olduğu kimi bu münaqişənin tezliklə həll olunmasını tərəf olduğunu vurğulayıb. Münaqişənin həllinin masa üzərində olduğunu bildirən səfir hazırkı status-kvonun dəyişməsinin və öz doğma yurdlarından didərgin düşmüş Azərbaycanlıların işğal olunmuş ərazilərə qayıtmasının və orada hər iki - erməni və Azərbaycanlı - icmasının birgə yaşayışa öyrəşməsinin ilk addım olduğunu bildirib. Bundan daha çox Ermənistan xalqının bəhrələnəcəyini və onun hazırkı acınacaqlı durumundan çıxmaq imkanı yaradacağını vurğulamışdır. İrəli sürülən təkliflərin mükəmməl olmadığını, lakin bunlara alternativin nə olduğunu sual edən E.Süleymanov rəsmi Yerevanın sülh prosesinə zərər vurmaqla əslində öz müstəqilliyinə xələl gətirdiyini qeyd etmişdir.
Tədbirdə şoxsaylı qonaqlar sırasında "Freedom House" təşkilatının keçmiş direktoru David Kramerin dəiştirak edib və səfirə Azərbaycandakı vəziyyətlə bağlı təxribat xarakterli sula verib. Səfir də onun sulanı cavablandırıb. Belə ki, Azərbaycana qarşı ifrat qərəzi ilə tanınan, "Freedom House" təşkilatının keçmiş direktoru David Kramerin sualına cavab verən Azərbaycan səfiri D.Kramerin uzun zamandan səsləndirdiyi ritorikanın bolşevik zamanı propaqandasına bənzədiyini deyib. Səfir eyni zamanda bütün cəmiyyətlərdə, o cümlədən ABŞ-da olduğu və son seçki kampaniyasının göstərdiyi kimi, Azərbaycan cəmiyyətinin də öz çağırış və çətinliklərinin mövculuğunu dilə gətirib. Dplomat deyib ki, son on illərin göstərdiyi kimi Azərbaycan həmin çağırışların tədricən və uğurla öhdəsindən gəlməkdə və demokratik, inklyuziv cəmiyyətin inkişafını təmin etməkdədir. Səfir həmçinin Azərbaycanın öz tərəfdaşları ilə hər zaman səmimi, obyektiv və konstruktiv dialoqa hazır olduğunu vurğulayıb.
Alim