Uşaqlarda nitq inkişafına necə nail olmaq mümkündür?
Uşaqlar dünyaya gəldiyi gündən etibarən ətrafdakı insanların səsini eşidir. Onların gülüşü, sevinci, kədəri uşağa təsir etməyə başlayır. Bəs necə olur ki, heç bir hazırlığa getmədən uşaq danışmağa başlayır? Hərfləri əlimizdən tutub kömək edərək bizi öyrədirlər. Bəs danışıq, onu necə öyrənirik?
20 Oktyabr 2016 15:07 SosialUşaqlar dünyaya gəldiyi gündən etibarən ətrafdakı insanların səsini eşidir. Onların gülüşü, sevinci, kədəri uşağa təsir etməyə başlayır. Bəs necə olur ki, heç bir hazırlığa getmədən uşaq danışmağa başlayır? Hərfləri əlimizdən tutub kömək edərək bizi öyrədirlər. Bəs danışıq, onu necə öyrənirik?
Psixoloq Turanə Rzayeva deyir ki, 2 aylıqdan başlayaraq körpədə nitq səslərinin tələffüzü başlayır. 3 aylıq körpə isə onu səsləyən adami gözləri ilə axtarmağa başlayır: "3-4 aylıqda isə körpənin çıxardığı səslər çoxsaylı və aydın olur. 5 aylıq körpə yaşlıların ona münasibətini mehribançılığını, kobudluğunu müəyyən edə bilir. Bir neçə dəqiqə ərzində nitqin ifadəsini dəyişməklə uşağı ağlatmaq, yaxud güldürmək olar. 6 aylıq uşaq verilmiş suallara emosional "cavab verir". 7 aylıq körpə sadə birhecalı, ikihecalı sözləri tələffüz edir. 8 aylıqda isə səsləri aydın qavrama-fenomenik eşitmə bacarığı müşahidə olunur". Psixoloq qeyd edir ki, 1 yaşında uşağın dik yeriməyə başlaması ətraf aləmlə tanışlıq imkanlarını artırır. Onun sözlərinə görə, danışmağı öyrənməzdən evvəl beyinləri qavramağa başlayır: "Lakin, beyində bu keçidin necə baş verdiyini hələ də müəyyən etmək mümkün olmayıb. Vaşinqton unuversitetində aparılmış tədqiqat nəticəsində 7-11 aylıq körpələrdə danışıq səslərini əlaqələndirən beyin sahələrinin reaksiya verdiyi görülmüşdü. Bu körpənin beyninin danışmağa başlamazdan əvvəl uzun söz əmələ gətirəcək şəkildə necə zəmin hazırladığını göstərir. Körpələr dinləyərkən belə hərəkət sahələrində aktivləşmə baş verir. 5,7 və 11 aylıq körpələri beyin cihazına qoşaraq müxtəlif dillərdə qısa hecalar səsləndirilir. Məlum olur ki, hansı dil olmasından asılı olmayaraq körpələrin Broko mərkəzində aktivlik baş verir. Körpələrin beyinləri onları danışmağa hazırlayır. Lakin, qeyd etdiyim kimi bu prosesin necə baş verməsi hələ ki elmə məlum deyil". Turanə Rzayeva uşağın nitqinin necə inkişaf etdiyini bilmək lazım gəldikdə onu yad adamın yanında danışdırmaq lazımdır: "Əgər yad insan uşağın danışığının 75% -ni başa düşərsə bu uşağın nitqinin normal olduğunu göstərir. Nitqin inkişafı uşağın cinsindən də asılıdır. Belə ki, qızlar oğlanlara nisbətən daha tez və fəal danışmağa başlayırlar. Bu oğlanların bəzi fizioloji xüsusiyyətləri ilə də bağlıdır. Lakin, bu oğlan uşağı olan valideyinləri heç də arxayın etməməlidir. Təbii, bir az gecikmə ola bilər, lakin, bu uzun müddətdir davam edirsə, artıq hərəkətə keçmək lazımdır. Onu da qeyd edim ki, kəkələyən uşaqların arasında oğlanlar qızlardan 2 dəfə çoxdur. Bəzi hallarda valideynlər mütəxxəsisə gec müraciət edirlər və bunu irsiyyətlə əlaqələndirirlər. Məsələn, qohumlar arasında gec danışanlar çoxdur, biz də tələsmirdik, fikirləşirdik ki, özü gec də olsa danışacaq. Lakin, bu səhv fikirdi. Əgər yaxın qohumlar arasında nitq ləngiməsi varsa, bu o deməkdir ki, sizin uşağınızda genetik meyillilik vardır və bu nəsildən-nəsilə daha ağır formada keçə bilər. Əgər 6 yaşında uşağın nitqi demək olar inkişaf etmiyibsə, onu danışmağa öyrətmə ehtimali 0.2% təskil edir".
Bəs valideynlər nə zaman övladlarında ləngimə olduğunu öyrənə bilərlər? Psixoloq deyir ki, uşaq dünyaya gəldiyi gündən valideyinləri onlarla danışmalıdır və bütün əşyaların adını olduğu kimi tələffüz etməyə çalışmalıdır: "Onları yumuşaldıcı şəkildə işlətmək məsləhət deyil. Bəzən sonradan sizin qisaldaraq öyrətdiyiniz sözləri uşaqların tam qavraması çətin olur. Uşaqlara tez-tez nağıllar oxumaq lazımdır".
Füzuli