Gündəm

Əli Məsimli Baltik Assambleyasının 35-ci sessiyasına qatılacaq

27 Oktyabr 2016 12:30

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının 35-ci sessiyasında və Baltik Şurasının 22-ci iclasında iştirak etmək üçün oktyabrın 27-dən 29-dək Latviyada səfərdə olacaq. Bu barədə MM-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Riqa şəhərində keçiriləcək toplantıda Avropa İttifaqının sərhədlərinin idarə olunması və miqrasiya məsələləri, Baltik dövlətləri üçün yeni çağırışlar, quruma üzv dövlətlərdə demoqrafik vəziyyət, regional nəqliyyat infrastrukturunun inkişafı barədə məsələlər müzakirə ediləcək. Deputatımız müzakirə edilən məsələlərə münasibətini bildirəcək.

Binəqədi şossesində vəziyyət olduğu kimi qalır

27 Oktyabr 2016 12:29

Paytaxtın əsasən mərkəzi küçə və prospektlərində o cümlədən Tibilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Xətai prospekti Təhsil nazirliyi istiqamətində, Əhmədbəy Ağaoğlu, Koroğlu Rəhimov, Səməd Vurğun (Müasir təhsil kompleksinin qarşısı) Yusif Səfərov küçələrində sıxlıq müşahidə edilir. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İcitmaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, Ziya Bünyadov prospekti (metronun “Koroğlu” Stansiyasından 20 yanvar dairəsi istiqamətində) az sıxlıq var. Binəqədi şosesində isə vəziyyət olduğu kimi qalır. Bu yolda şəhər istiqamətində tıxac müşahidə edilir.

200-ə yaxın yük maşını sürücüsünə protokol tərtib edilib

27 Oktyabr 2016 12:27

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb.

Məktəbdənkənar təhsil müəssisələrində qiymətləndirilmə

27 Oktyabr 2016 12:22

Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Təhsil naziri Ağstafa şəhərində vətəndaşları qəbul edəcək

27 Oktyabr 2016 12:20

Təhsil naziri Mikayıl Cabbarov noyabrın 4-də Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək.

26 dəfə atəşkəs pozulub

27 Oktyabr 2016 12:19

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Cəbhədə hərbi əməliyyatlar başladı

27 Oktyabr 2016 12:18

Oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Müğənni Şəbnəmdən +18 küçə söyüşləri

27 Oktyabr 2016 12:16

Günlərdir sayt manşetlərinin, sosial şəbəkələrin qəhrəmanına çevrilən, tənqid atəşinə tutulan müğənni Şəbnəm Əsədova onu söyənlərə söyüşlə cavab verib. Küçə söyüşləri yazan ifaçı əsəblərinə hakim ola bilməyib. Ərinə, hamiləliyinə sataşanlara söyüşlə cavab verən ifaçının bu addımı bir mənalı qarşılanmayıb. 

Donuz əti- halaldı-yoxsa haram...

27 Oktyabr 2016 12:13

Son zamanlar bütün dünyada müxtəlif xəstəliklərin sayının xeyli dərəcədə artması və cavanlaşması insanların sağlam və düzgün qidalanması məsələsini yenidən gündəmə gətirib. Bu məsələdə “Qurani-Kərim”in tövsiyyələrinin diqqətə alınmasının vacibliyi səbəbindən məşhur türk alimi, prof. Dr. Yaşar Nuri Öztürkün “Donuz əti” məqaləsinin davamını oxucuların diqqətinə çatdırırıq.

Meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirilir

27 Oktyabr 2016 12:07

Azərbaycanda meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirilir. “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə dəyişikliklər edilməsi təklif edilir.

Faiq Ağayev: “Yəqin rejissorlarımız qonorarımdan qorxduqları üçün filmə dəvət etmirlər”

27 Oktyabr 2016 11:54

Mənim səssizliyə çəkilməyimlə bağlı qənaətə hardan gəldiyinizi bilmirəm. Sonuncu “VIDA” adlı konsertim 2012-ci ildə olu. Bu dörd il ərzində ildə 4-5 mahnı ilə tamaşaçı, dinləyici qarşısına çıxırdım.

Hindistanda casusluqda şübhəli bilinən pakistanlı diplomat saxlanılıb

27 Oktyabr 2016 11:48

Hindistan polisi casusluqda şübhəli bilinən Pakistan səfirliyinin əməkdaşını Nyu Dehlidə saxlayıb.

İtaliya silkələndi

27 Oktyabr 2016 11:46

İtaliyadakı yeraltı təkanlar nəticəsində bir uşaq ciddi xəsarət alıb. Olayın təfərrüatları, yaralanmış uşağın ad və soyadı açıqlanmayıb. MilliAz AGİ-yə istinadən bildirir ki, zəlzələ zamanı Tolentino şəhərinin 63 yaşlı sakini ürəktutmadan vəfat edib.

Azərbaycanda İİV-ə yoluxanların sayı AÇIQLANDI

27 Oktyabr 2016 11:45

Bu ilin 9 ayı ərzində Azərbaycanda 474 nəfər İİV-ə (insanın immunçatışmazlığı virusu) yeni yoluxub.

Düşmən tapşırıq alıb, vəziyyət gərginləşəcək - XƏBƏRDARLIQ

27 Oktyabr 2016 11:44

Artıq bir neçə müddət idi ki, Azərbaycan Müdafiə Naziriliyinin cəbhə xəttindəki vəziyyətlə bağlı yaydığı məlumatlardakı statistika Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarının artdığı tendensiyasını göstərirdi. Halbuki, Azərbaycan və Ermənistan prezidentlərinin Avstriya və Rusiya görüşlərindən sonra bu hallar son aylar, demək olar ki, minimuma enmişdi.