200-ə yaxın yük maşını sürücüsünə protokol tərtib edilib

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, oktyabr ayından başlanılan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə DYP əməkdaşları tərəfindən protokol tərtib edilib, 200-dən artıq avtonəqliyyat vasitələrinin sahiblərinə isə bununla bağlı xəbərdarlıq edilib. DYP əməkdaşları tərəfindən protokollar Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunun 34-1 və İnzibati Xətalar məcəlləsinin 353-cü maddələrinin pozulmasına görə tərtib edilir, bundan sonra normadan artıq yüklərin boşadılması istiqamətində addımlar atılır. Yalnız bundan sonra yük maşınlarının hərəkətlərinə davam etmələrinə icazə verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31