Əli Məsimli Baltik Assambleyasının 35-ci sessiyasına qatılacaq
Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının 35-ci sessiyasında və Baltik Şurasının 22-ci iclasında iştirak etmək üçün oktyabrın 27-dən 29-dək Latviyada səfərdə olacaq. Bu barədə MM-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Riqa şəhərində keçiriləcək toplantıda Avropa İttifaqının sərhədlərinin idarə olunması və miqrasiya məsələləri, Baltik dövlətləri üçün yeni çağırışlar, quruma üzv dövlətlərdə demoqrafik vəziyyət, regional nəqliyyat infrastrukturunun inkişafı barədə məsələlər müzakirə ediləcək. Deputatımız müzakirə edilən məsələlərə münasibətini bildirəcək.
27 Oktyabr 2016 12:30 SosialMilli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının 35-ci sessiyasında və Baltik Şurasının 22-ci iclasında iştirak etmək üçün oktyabrın 27-dən 29-dək Latviyada səfərdə olacaq. Bu barədə MM-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Riqa şəhərində keçiriləcək toplantıda Avropa İttifaqının sərhədlərinin idarə olunması və miqrasiya məsələləri, Baltik dövlətləri üçün yeni çağırışlar, quruma üzv dövlətlərdə demoqrafik vəziyyət, regional nəqliyyat infrastrukturunun inkişafı barədə məsələlər müzakirə ediləcək. Deputatımız müzakirə edilən məsələlərə münasibətini bildirəcək.