Gündəm
NATO-Rusiya qarşıdurması: əsəblər tarıma çəkilib
"NATO Rusiyanın qərarlarına və addımlarına proporsional reaksiya verərək Baltikyanı ölkələrə və Polşaya çoxmillətli alaylarını yollamaqla şərq cinahını gücləndirir". Estoniyanın müdafiə naziri Hannes Hanso belə deyib.
Avronun ucuzlaşması Avropa avtomobillərinin ucuzlaşmasına səbəb olacaq
Son zamanlar dünya bazarında avronun ABŞ dollarına qarşı məzənnəsinin 4%-dək ucuzlaşması Avropa İttifaqı ölkələrində istehsal edilən avtomobillərin qiymətinin düşməsinə səbəb olub.
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də səhər bəzi yerlərdə zəif duman olacaq, gün ərzində arabir yağış yağacaq.
5 qitədəki soydaşlarımızdan xəbər verən kitab çap olunub
Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabı işıq üzü görüb. “OLAYLAR”-ın xəbərinə görə, kitabda müəllifin 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb.
Azərbaycan Minskdə keçirilən beynəlxalq turizm forumunda təmsil olunub
Belarusun paytaxtı Minsk şəhərində “Buy Belarus” turizm forumu keçirilib. "Travel Connections", "Belavia", "Renaissance" hotelinin , TİO.BY internet turizm portalının dəstəyi ilə təşkil olunan tədbirdə ölkəmiz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, "Elegant Travel", "Avil Travel", "İntour", "Caspian Breez", "FreeStyle" , "Millennium Tourism", "Lufthansa City Center", "Sunway", "FM" turizm şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə təmsil olunub.
Qrant müsabiqəsinin nəticələrini açıqlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.
Yiyəsiz qalmış meşələr Ekologiya Nazirliyinə veriləcək
Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin birgə iclasında ölkədə ağacların kəsilməsi məsələsi müzakirəyə çıxarılıb. İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə dəyişikliklərin müzakirəsi zamanı deputatalr yaşıllıqıarın məhvinə etiraz ediblər. Deputat Rövşən Rzayev bildirib ki, təmsil etdiyi Göygöl rayonunda ağaclar sürətlə kəsilir və buna səbəb insanların istiliklə təminatında yaranan problemlərdir. O qeyd edib ki, həmin dağətəyi bölgədə yaşayan insanlar qış aylarında istiliklə təmin olunsalar, ağacları kəsməzlər. R. Rzayev onu da bildirib ki, paytaxt Bakıda da son vaxtlar ağaclar çox kəsilir və bunun kimlər tərəfindən edildiyi hələ də məlum deyil. İclasda iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevə də məsələ ilə bağlı müraciət edib.
Mətbuat Şurası İsveçrənin Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq edəcək
İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder Mətbuat Şurasında olub. “OLAYLAR”-ın xəbərinə görə, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri ilə bağlı məlumat verib. Bildirib ki, Mətbuat Şurası institutları dünyanın bir çox qabaqcıl ölkələrində medianın özünütənzimləmə qurumu kimi uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanda bu təsisatın 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradıldığını vurğulayan Ə.Amaşov qurumun tərkibinə tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin daxil olduğunu diqqətə çatdırıb. «Başlıca missiyamız media orqanları ilə bağlı müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılmasıdır. Tədbirlərimiz ictimai qınağa əsaslanır. Bununla yanaşı ölkədə söz və ifadə azadlığı ilə əlaqədar tendensiyaları diqqətdə saxlayırıq.
Bakıda Türkiyə universitetlərinin sərgisi
“Təhsil Cəmiyyəti”nin təşkilatçılığı və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Bakıda keçiriləcək Türkiyə universitetlərinin növbəti təhsil sərgisinin təşkilatçılıq işləri yekunlaşmışdır. Bu bərədə müxbirimizə məlumat verən “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin layihə rəhbəri Razi Vəliyev bildirmişdir. O, demişdir:
Naxçıvanda külək və su elektrik stansiyaları tikiləcək
"Şərq qapısı" qəzetinə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən bildirilib ki, hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Həmçinin gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır.
Muxtar respublikada yeni müəssisələr fəaliyyətə başlayıb
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı" qəzetinə bildirilib ki, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlətin maliyyə dəstəyinin göstərilməsi, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühitinin formalaşdırılması cari ilin 9 ayı ərzində də yeni istehsal və xidmət sahələrinin, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələrinin yaradılmasına imkan verib.
FHN 48 nəfəri təxliyyə edib
Fövqəladə Hallar Nazirliyi (FHN) Masallıda 48 nəfəri təxliyyə edib, bununla yanaşı Cəlilabad rayonunda su basmış həyət evlərində suçəkmə əməliyyatları aparıb. Bu barədə FHN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Cənub Regional Mərkəzi, Yanğın Mühafizə və Sularda Xilasetmə xidmətlərinin regional strukturlarının canlı qüvvə və texnikası Cəlilabad rayonunda su basmış həyət evlərində suçəkmə əməliyyatları aparıb. FHN eyni zamanda Masallı rayonunda su başmış yaşayış məntəqlərində də suçəkmə əməliyyatı aparıb. FHN əməkdaşları həmçinin yaşaması mümkün olmayan su basmış evlərin sakinlərini təxliyyə ediblər. Beləliklə Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyə olunub. İki gecə Nazirliyin bütün yerli strukturlarının əməkdaşları Rayon İcra Hakimiyyəti ilə birlikdə bu istiqamətdə iş aparıb.
Malena Mard: "Aİ üçün hər iki tərəflə təmasda olmaq vacibdir"
"Avropa İttifaqı Dağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini dəstəkləyir".
Əfqanıstan ordusu ölkənin cənubunda 50-dən çox talib yaraqlısını öldürüb
Əfqanıstanın hökumət qüvvələri ölkənin cənubundakı Hilmənd vilayətində "Taliban" radikal hərəkatının 50-dən çox yaraqlısını öldürüb.
Sanksiyalar Rusiya iqtisadiyyatının inkişafını məhdudlaşdırır
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatının artım tempini hər il 0,8-1 faiz bəndi məhdudlaşdırır. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti yanında İqtisadi Şuranın sədr müavini, keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.














