Gündəm
Kreml Ukraynanın etiraz notasına münasibət bildirib
Rusiya prezidentinin ölkənin hər hansı regionuna, o cümlədən Krıma səfər etmək hüququ var.
Qanlı Göl” ərazisində 2 min sosial mənzil tikiləcək
“Gələcəkdə zərurət yarandıqda ərazidə yerləşən evlər söküləcək, sənədsiz evlər də daxil olmaqla, mənzil sahiblərinə kompensasiyalar ödəniləcək” Bakıda “Qanlı Göl” adlanan ərazidə yeni istirahət sağlamlıq mərkəzi və çoxmənzilli binalar inşa olunacaq.
Lənkəranda sürüşmə baş verib
Azərbaycanın cənub bölgəsində intensiv yağan yağışlar Lənkəran rayonunda sürüşməyə səbəb olub.
Röya və Hadisə konsert verəcək
Bakı Olimpiya Stadionunun (BOS) təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək. BOS-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusiflə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur dj-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.
İŞİD Somalidə qəsəbəni ələ keçirib
Terrorçu İŞİD qruplaşması Somalinin strateji Kandala liman qəsəbəsini ələ keçirib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Kandala ölkənin Puntland bölgəsində yerləşir.
Türkiyə aviasiyası Suriyada İŞİD-in 100-ə yaxın mövqeyini dağıtdı
Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində "Azad Suriya Ordusu" ilə birgə Suriyanın şimalında İŞİD-in 94, PYD-nin (Demokratik İttifaq Partiyası) isə 9 mövqeyini darmadağın edib.
“Kitayski” “İsgəndər”lər satışa çıxarılır: Azərbaycan maraq göstərəcəkmi...
Çin bu ölkədə keçiriləcək “Airshow China-2016” hərbi sənaye sərgisində Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin analoqunu ilk dəfə nümayiş etdirəcək və potensial müştərilərə təklif edəcək.
Valideynləri evdən qaçan qızı tapmaq üçün elə şey etdilər ki...
Türkiyədə qəribə olay baş verib. Milli.Az "Milliyet"ə istinadla bildirir ki, Orduda evdən qaçan qızlarını tapa bilməyən ailə qəribə üsula əl atıb. Onlar qızın şəklini divarlara, lövhələrə vuraraq, "axtarışdadır" yazıblar. Qəribəsi isə odur ki, ailə qızları tez tapılsın deyə onu "canlı bomba" kimi təqdim edib.
Keçmiş səfir: "Moldovada 206 azərbaycanlı döyüşçünün məzarının..."
Respublika Veteranlar Şurasında İkinci Dünya müharibəsində Moldovanın müdafiəsi zamanı həlak olmuş və itkin kimi qeydiyyatda olan 206 nəfər azərbaycanlı döyüşçünün məzarının tapılması ilə əlaqədar tədbir keçirilib.
Nazir: "Neftin aşağı qiymətləri Türkiyəyə sərf edir"
Türkiyə dünya neft qiymətlərinin 60-70 dollar/barelədək artacağını gözləyir. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib.
Linz şəhərində karateçilərin dünya çempionatının finalına yüksəliblər
Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində karateçilərin dünya çempionatının finalına yüksəliblər.
Azay Quliyev Dillər Universitetinin tələbələri ilə görüşdü
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Diplomatlar” klubu “Ali Qonaqlar, Elmi Maraqlar” adlı yeni layihəyə start verdi. Layihənin ilk qonağı ATƏT-in Parlament Assambleyasının Vitse-Prezidenti, Milli Məclisin deputatı Azay Quliyev oldu.
II Azərbaycan Elm Festivalı keçiriləcək
Bu ilin 31 oktyabr - 5 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində II Azərbaycan Elm Festivalı keçiriləcək.
ABŞ-da Azərbaycana həsr olunmuş mərasim keçirilib
ABŞ-ın Kaliforniya ştatının ən böyük iqtisadi-siyasi mərkəzlərindən sayılan, ştatın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində səfərdə olan Azərbaycannümayəndə heyətinin şərəfinə oktyabrın 25-də Şəhər Şurasında xüsusi mərasim keçirilib. Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə, eləcə də Bakı şəhərinin Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu arasındakı münasibətlərin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş mərasimdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev iştirak ediblər.
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları konfransda iştirak ediblər
AMEA Neft Kimya Prosesləri İnstitutunun əməkdaşları akademik V.N.İpatyevin xatirəsinə həsr edilmiş “Neft kimyasının aktual problemləri” adlı konfransda iştirak etmişlər.














