Gündəm

Heydər Əsədov Niderland Krallığına səfər edib

27 Oktyabr 2016 14:21

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Niderland Krallığında rəsmi səfər edib.

Qadın güləşçilərimiz Ukraynadan qızıl medulla qayıdıb

27 Oktyabr 2016 14:19

Ukraynanın Xmelniski şəhərində əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə həsr olunmuş qadın güləşi üzrə 2-ci açıq Respublika turniri keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, turnirdə Ukrayna güləşçiləri ilə yanaşı, Azərbaycan, Belarus, Litva və Moldova təmsilçiləri də iştirak edib. Güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 60 kq-da mübarizə aparan Tatyana Omelçenko qazandırıb. Həlledici görüşdə təmsilçimiz yerli idmançı Olqa Şebetyukdan üstün olub. Bürünc medalları isə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və İrina Netreba (60 kq) əldə edib. Xatırladaq ki, Ukraynanın əməkdar məşqçisi Vladimir Stadnik qadın yığmamızın kapitanı, Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc medalçısı, Dünya və 5 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi Mariya Stadnikin həyat yoldaşı Pekin Olimpiadasının gümüş medalçısı Andrey Stadnikin atası və şəxsi məşqçisi olub.

Azərbaycanlı müşahidəçilər Moldovadakı seçkiləri izləyəcək

27 Oktyabr 2016 14:17

Oktyabrın 30-da Moldovada Prezident seçkiləri keçiriləcək. Seçkilərin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialı (MDB PAA DİMBİ) Moldovanın Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçib. MDB PAA DİMBİ Bakı filialından “OLAYLAR”-a bildirilib ki, təşkilatın əməkdaşları oktyabrın 30-da Moldova Respublikasının Bakı şəhərində yerləşən səfirliyində təşkil olunmuş seçki məntəqəsində olacaq və səsvermənin gedişini müşahidə edəcəklər.

“Məktəb seminarları” layihəsi çərçivəsində təlim-seminarlar davam edir

27 Oktyabr 2016 14:15

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar davam edir.

Danimarka parlamentinin deputatı ilə görüş keçirilib

27 Oktyabr 2016 14:14

Danimarka Vətən Cəmiyyətinin teəşkilatçılığı ilə bu ölkənin parlamentinin deputatı Yildiz Akdoğan və parlamentin keçmiş deputatı, Arus şəhər bələdiyyəsinin üzvü Hüseyn Aracla görüş keçirilib. Cəmiyyətdən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, görüşdə Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi, Skandinaviya ölkələri ilə mədəni və elmi əlaqələr ictimai birliyinin sədri, AYB-in üzvü, şair Nazim Əhmədli, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının İdarə Heyətinin üzvü Ayaz Məmmədov iştirak edib. Danimarka Parlamentinin millət vəkili ilə görüş zamanı onlara Azərbaycanla bağlı dolğun və ətraflı məlumat verilib. Sonda hər iki vəkillə Azərbaycan bayraqları və hədiyyələr təqdim olunub.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələdə

27 Oktyabr 2016 14:12

Son aylar beynəlxalq münasibətlər sistemi, eləcə də Azərbaycana olan münasibətdə maraqlı bir tendensiya müşahidə edilməkdədir. Belə ki, Birləşmiş Ştatlar və onun bəzi rəsmiləri, konqresmenlər və sentaorları bəzən ölkəmizə qarşı müəyyən qərəzli mövqe qoyub ədalətsizlik nümayiş etdirsələr də, lakin Avropadan bunun əksini müşahidə etməyə başlamışıq. Daha dəqiq desək Avropanın nüfuzlu siyasi institutları, təşkilat və qurumları bunun əksinə olaraq Azərbaycanla daha yaxından əməkdaşlığa maraq göstərirlər. Elə son günlər Avropa İttifaqı ilə rəsmi Bakı arasında aparılan dialoq da bunun bariz nümunəsidir.

"BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur”

27 Oktyabr 2016 14:10

Günümüzdə Azərbaycan yeganə dövlətlərdəndir ki, burada milli və dini tolerantlıq yüksək səviyyədə qorunur, bir çox millətlərin və dini konfessiyaların ölkəmizdə dinc yanaşı yaşaması bütün parametrləri üzrə maksimum dərəcədə təmin olunur. Məhz sadalanan bu müsbət tendensiyalarına görə, ölkəmiz nəinki yerləşdiyi regiona, hətta dünyaya nümunəvi dövlət kimi göstərilir.

Yeni qanun cadugərləri sıradan çıxara biləcəkmi?

27 Oktyabr 2016 14:09

Uzun müddətdən bəri müzakirəsi aparılan “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsinə start verilib.

Xroniki tıxac xəstəliyi

27 Oktyabr 2016 14:07

Paytaxtın ən böyük problemlərindən biri tıxaclardır. İllərdi avtomobil tıxacları xroniki qrip xəstəliyi kimi hopub Bakının küçələrinə, xilas olmaq mümkün deyil. Bakı yollarını artıq bunsuz təsəvvür etmək olmur. Hərdən fikirləşirəm ki, maşallah, xalqımızın gün-güzəranı, dolanışığı deyəsən, çox yaxşıdır. Çünki şəhərimizdə avtomobil əlindən tərpənmək olmur. Hər evdə avtomobil var, elə ailələr var ki, 2-3 maşını var. Olsun, çox yaxşı! Amma bunun yaxşı tərəfi ilə yanaşı pis tərəfi də var. Səhər işə yollanan ata bir avtomobildə, oğul-qız isə başqa avtomobillərdə evdən çıxırlar. Hələ onu demirəm ki, çox hallarda evin xanımı da işə gedəndə, yaxud da başqa bir şəxsi məsələni həll etmək üçün ayrıca avtomobildən istifadə edir.

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı reallaşır

27 Oktyabr 2016 14:06

Azərbaycanın işğalçı dövlət olan Ermənistan istisna olmaqla qonşu və region ölkələrlə münasibəti yeni əməkdaşlıq formatlarının yaradılması məsələsini gündəmə gətirib. Məlumat üçün qeyd edək ki, artıq region dövlətləri arasında əməkdaşlığın üç formatının yaradılması imkanları mövcuddur. Bunlar Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkiyə-Rusiya formatlarından ibarətdir. Lakin indiyə qədər bu formatlar ətrafında müxtəlif səviyyələrdə müzakirələr aparılsa da onların reallaşması mümkün olmayıb. Ancaq sözgedən formatların region dövlətlərinə müsbət təsiri danılmazdır. Artıq bununla bağlı Azərbaycan-Gürcüstan-Türkiyə formatı presidenti var. Məlumdur ki, bu əməkdaşlıq formatı işləkdir və həmin format çərçivəsində xarici işlər nazirləri tez-tez görüşürlər. Çünki, bu üçtərəfli format konkret layihələrə və onların icrasına əsaslanır. Ekspertlər hesab edirlər ki, sadalanan digər formatların da işlək vəziyyətə gətirilməsi elə bir problem yaratmır. Əksinə, dövlətlərin iqtisadi vəziyətinə müsbət təsiri var. Hazırda hər üç dövlət üçün maraqlı və daha çox əhəmiyyətli olan Azərbaycan-Türkiyə-Rusiya formatının reallaşması real görünür. 

Bu regionda hərbi qarşıdurma görmək istəmirik

27 Oktyabr 2016 14:03

"Avropa İttifaqı Dağlıq Qarabağmünaqişəsinin nizamlanması prosesinə birbaşa cəlb olunmuş struktur deyil. Amma Avropa İttifaqı münaqişənin tezliklə sülh yolu ilə həll olunmasında maraqlıdır".

Lənkəranskinin mirası uğrunda savaş başladı

27 Oktyabr 2016 14:01

"Qanuni oğrular" Rövşən Lənkəranskinin mirasını bölməyə başlayıblar.  Olaylar.az aznews.az-a istinadən bildirir ki, Canıyevin Moskvadakı ən böyük aktivi olan göyərti, meyvə və tərəvəz satışı üzrə topdansatış bazarı Merab Suxumskinin tabeçiliyinə keçib. 

İyrənc kadrlar: Bu şəkillərdən sonra bir də sosiska yeməyəcəksiniz - FOTOlar

27 Oktyabr 2016 13:52

Milli.Az bildirir ki, xarici mətbuatda 22 fotodan ibarət sosiska hazırlanan zaman çəkilən şəkillər yayılıb.

"Qəbələ"nin futbolçusunun burnu sındı

27 Oktyabr 2016 13:50

Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"la bərabərə (2:2) qalan "Qəbələ"nin daha bir futbolçusu sıradan çıxıb.

Nazirlik: İmkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilər

27 Oktyabr 2016 13:46

Azərbaycanda potensialı, imkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilərlər. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.