Azərbaycanlı müşahidəçilər Moldovadakı seçkiləri izləyəcək

Oktyabrın 30-da Moldovada Prezident seçkiləri keçiriləcək. Seçkilərin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialı (MDB PAA DİMBİ) Moldovanın Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçib. MDB PAA DİMBİ Bakı filialından “OLAYLAR”-a bildirilib ki, təşkilatın əməkdaşları oktyabrın 30-da Moldova Respublikasının Bakı şəhərində yerləşən səfirliyində təşkil olunmuş seçki məntəqəsində olacaq və səsvermənin gedişini müşahidə edəcəklər.

Oktyabrın 30-da Moldovada Prezident seçkiləri keçiriləcək. Seçkilərin təşkili və keçirilməsinin müşahidəsi məqsədilə MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialı (MDB PAA DİMBİ) Moldovanın Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçib. MDB PAA DİMBİ Bakı filialından "OLAYLAR"-a bildirilib ki, təşkilatın əməkdaşları oktyabrın 30-da Moldova Respublikasının Bakı şəhərində yerləşən səfirliyində təşkil olunmuş seçki məntəqəsində olacaq və səsvermənin gedişini müşahidə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31