Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı reallaşır
Azərbaycanın işğalçı dövlət olan Ermənistan istisna olmaqla qonşu və region ölkələrlə münasibəti yeni əməkdaşlıq formatlarının yaradılması məsələsini gündəmə gətirib. Məlumat üçün qeyd edək ki, artıq region dövlətləri arasında əməkdaşlığın üç formatının yaradılması imkanları mövcuddur. Bunlar Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkiyə-Rusiya formatlarından ibarətdir. Lakin indiyə qədər bu formatlar ətrafında müxtəlif səviyyələrdə müzakirələr aparılsa da onların reallaşması mümkün olmayıb. Ancaq sözgedən formatların region dövlətlərinə müsbət təsiri danılmazdır. Artıq bununla bağlı Azərbaycan-Gürcüstan-Türkiyə formatı presidenti var. Məlumdur ki, bu əməkdaşlıq formatı işləkdir və həmin format çərçivəsində xarici işlər nazirləri tez-tez görüşürlər. Çünki, bu üçtərəfli format konkret layihələrə və onların icrasına əsaslanır. Ekspertlər hesab edirlər ki, sadalanan digər formatların da işlək vəziyyətə gətirilməsi elə bir problem yaratmır. Əksinə, dövlətlərin iqtisadi vəziyətinə müsbət təsiri var. Hazırda hər üç dövlət üçün maraqlı və daha çox əhəmiyyətli olan Azərbaycan-Türkiyə-Rusiya formatının reallaşması real görünür.
27 Oktyabr 2016 14:06 SiyasətAzərbaycanın işğalçı dövlət olan Ermənistan istisna olmaqla qonşu və region ölkələrlə münasibəti yeni əməkdaşlıq formatlarının yaradılması məsələsini gündəmə gətirib. Məlumat üçün qeyd edək ki, artıq region dövlətləri arasında əməkdaşlığın üç formatının yaradılması imkanları mövcuddur. Bunlar Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkiyə-Rusiya formatlarından ibarətdir. Lakin indiyə qədər bu formatlar ətrafında müxtəlif səviyyələrdə müzakirələr aparılsa da onların reallaşması mümkün olmayıb. Ancaq sözgedən formatların region dövlətlərinə müsbət təsiri danılmazdır. Artıq bununla bağlı Azərbaycan-Gürcüstan-Türkiyə formatı presidenti var. Məlumdur ki, bu əməkdaşlıq formatı işləkdir və həmin format çərçivəsində xarici işlər nazirləri tez-tez görüşürlər. Çünki, bu üçtərəfli format konkret layihələrə və onların icrasına əsaslanır. Ekspertlər hesab edirlər ki, sadalanan digər formatların da işlək vəziyyətə gətirilməsi elə bir problem yaratmır. Əksinə, dövlətlərin iqtisadi vəziyətinə müsbət təsiri var. Hazırda hər üç dövlət üçün maraqlı və daha çox əhəmiyyətli olan Azərbaycan-Türkiyə-Rusiya formatının reallaşması real görünür.
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral Trendə deyib ki, Ankara üçtərəfli əməkdaşlıq formatlarının sadəcə iqtisadi deyil, siyasi nəticələr verməsini də gözləyir. Səfirin sözlərinə görə, üçtərəfli formatlar üç ölkə arasında siyasi və iqtisadi əlaqələri yeni səviyyəyə çıxararaq, regional inkşafa ciddi dəstək verəcək. Azərbaycan və Türkiyənin digər ölkələrlə həyata keçirdiyi üçtərəfli əməkdaşlıq formatlarının əhəmiyyətini qeyd edən diplomat bildirib ki, belə formatda əməkdaşlıq ölkələrin xalqlarına daha böyük fayda verəcək: "Bunun ən yaxşı nümunəsi Gürcüstanla olan üçtərəfli formatdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin üç ölkəyə qazandırdığı ortadadır. İnşası davam edən və yaxın zamanlarda tamamlanması gözlənilən Bakı-Tbilsi-Qars dəmir yolu layihəsinin üç ölkəyə, həmçinin bütün Avrasiyaya fayda verəcəyi hamıya məlumdur". E.Özoral diqqətə çatdırıb ki, eyni formatda İranla əməkdaşlıq da hər üç ölkənin xalqlarının xeyrinə olacaq. Səfirin sözlərinə görə, Türkiyənin Orta Asiyaya gedən yolları diversifikasiya etməsi ilə Azərbaycan bu istiqamətdə əsas məntəqə olacaq: "Bütün bunlar Xəzər dənizindəki gəmi daşımaları, Ro-Ro səfərlər, regiondakı dəmir yolu daşımalarına müsbət təsir edəcək". O əlavə edib ki, üçtərəfli əməkdaşlıq bir tərəfdən üçtərəfli iqtisadi əməkdaşlığın inkişafına dəstək verəcək, digər tərəfdən, üç ölkənin münasibətlərini gücləndirərək ölkələri siyasi baxımdan bir-birinə daha da yaxınlaşdıracaq: "Bütün bunlar regionda sülh və əmin-amanlığa çox böyük dəstək verəcək". Diplomatın sözlərinə görə, son zamanlar Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatının yaradılması üzərində iş aparılır.
Qeyd edək ki, Azərbaycan-Türkiyə- Rusiya üçtərəfli formatı bu ölkələrin əməkdaşlıq imkanlarını daha da artırır. Bu formatda sıx iştirak Azərbaycanın Qərblə münasibətlərinə hər hansı mənfi təsir göstərmək anlamına gəlməməlidir. Ekspertlər hesab edirlər ki, bu formatın reallaşması üçün heç bir maneə yoxdur, əksinə dövlətlərin iqtisadi imkanlarını genişləndirir. Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin İstanbulda təşkil olunan Dünya Enerji Konqresində bir araya gəlmələri ilk növbədə bu ölkələr arasında mövcud münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Belə görüşlər bu ölkələr arasında əməkdaşlığın, xüsusilə, enerji sahəsində işbirliyinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, həmin tədbirin elə ilk günündə bu ölkələrin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan enerji layihələri ilə əlaqədar çox məhsuldar müzakirələr aparıldı. 2014-cü ildən bu yana ciddi müzakirəyə çıxarılan "Türk axını" layihəsinin mühüm detalları diqqətlə dəyərləndirildi, bu istiqamətdə mühüm razılaşma əldə olundu. O cümlədən, Azərbaycanın mərkəzində olduğu "Cənub axını" qaz layihəsi ətrafında da müsbət dəyərləndirmələr aparıldı. Bu isə o deməkdir ki, ən azından regional layihələrin reallaşdırılması üçün belə əməkdaşlıq formatının mövcudluğuna ehtiyac var. Qeyd edək ki, Azərbaycanın Türkiyənin enerji sektoruna qoyacağı yüz iyirmi milyard dollar investisiyanın iyirmi faizinin yaxın illərdə yatırılacağı barədə məlumatlar səslənməkdədir. Deməli, bütün aspektlər üzə təhlil etsək, bu üçtərəfli format iştirakçı ölkələrin ümumi maraqları baxımından çox əhəmiyyətlidir və uzunmüddətli olması üçün ciddi əsaslar var. Daha doğrusu belə bir formatın yaradılmasının heç bir risk ehtimalı yoxdur. Ekspertlər hesab edirlər ki, belə bir formatın yaradılmasının Azərbaycan üçün həm də siyasi əhəmiyyəti var. Əvvəla bu format siyasi baxımdan hər üç ölkənin siyasi maraqlarına uyğundur. İkinci tərəfdən isə Azərbaycan sözügedən formatın yaratdığı imkanlardan ilk növbədə özünün ərazi bütövlüyünün bərpası üçün faydalanmağa çalışa bilər. Ancaq bu zaman Qərblə münasibətlər arxa plana keçirilməməli, daha da inkişaf etdirilməlidir. Nəzərə almaq lazımdır ki, Rusiya Qərblə çox gərgin münasibətlər fazasına daxil olub. Belə bir şəraitdə Qərblə münasibətlərin korlanması heç də ölkəmizin xeyrinə olmazdı. Türkiyə isə 15 iyul çevriliş təşəbbüsündən sonra təmamilə yeni münasibətlər sistemini nümayiş etdirir. Həmin olaya qədər əgər Ərdoğandan narazı olan Qərb altdan "Paralel dövlət", "rüşvət qalmaqalı", terrorçu HDP-PKK vasitəsilə hərəkət edirdisə, çevriliş cəhdi ilə maskasını təmamilə çıxararaq ortaya girdi. Türkiyənin Ərdoğanın timsalında müstəqil siyasət yürütməsi dünyaya ağalıq iddiasında olan beynəlxalq qüvvələri narahat edir. Dağlıq Qarabağ kimi ciddi münaqişəsi və erməni terrorizmi ilə üzləşmiş Azərbaycan belə şəraitdə həm Türkiyə ilə qardaşlıq, həm də Rusiya ilə tərəfdaşlıq münasibətlərindən istifadə edərək problemini çözməyə cəhd göstərə bilər. Regionda əsas oyunçuların Türkiyə və Rusiya olduğunu nəzərə alsaq, Azərbaycanın bu formatda təmsil olunması ilk növbədə erməni işğalını aradan qaldırmaqdan ötrü mövcud vəziyyətdən yararlanmaq üçün bir fürsətdir. Burada o faktor da nəzərə alınmalıdır ki, artıq Türkiyə ilə Rusiya arasında mövcud olan yeddi aylıq gərginlik aradan götürülüb və ölkələr yenidən əməkdaşlığa başlayıblar.
Nurlan