Heydər Əsədov Niderland Krallığına səfər edib

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Niderland Krallığında rəsmi səfər edib.

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Niderland Krallığında rəsmi səfər edib. Bu barədə nazirlikdən verilən məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinin yeni mərhələlərinin müəyyənləş- dirməsi, aqrar sahədə qarşılıqlı münasibətlərin tənzimləməsi üçün kənd təsərrüfaıtının müxtəlif sahələri üzrə iki tərəfli hüquq müqavilələri üzrə müzakirələrin aparılması, kənd təsərrüfatı məhsullarının istehsalı və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi üzrə təcrübə müdadiləsinin aparılmasıdır. Səfər çərçivəsində kənd təsərrüfatı naziri Heydər Əsədov Niderlandın kənd təsərrüfatı naziri Martijn van Dam ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı, kənd təsərrüfatının müxtəlif sahələrinə yeni və innovativ texnologiyaların tətbiqi, investorların cəlb olunması, elm və təhsil sahələrində əməkdaşlıq istiqamətləri müzakirə olunub. Nazir Heydər Əsədov Kənd Təsərrüfatının hal hazırda ölkəmizdə iqtisadiyyatın prioritet sahəsi olduğunu və ölkə başçısının bu sahəyə xüsusi önəm verdiyini diqqətə çatdırıb, son dövrlər Azərbaycanda aqrar sahədə həyata keçirilən institutsional islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, o cümlədən subsidiyalar ilə bağlı geniş məlumat verib və ikitərəfli əməkdaşlığa dair müzakirələr aparılıb. Səfər davam edir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31