Gündəm

Göygöl kitabxanasında yanğın olub

27 Oktyabr 2016 14:48

Göygöl şəhərində Mədəniyyət və Turizm Nazirliyinə məxsus ümumi sahəsi 330 m2 olan birmərtəbəli 3 otaqlı kitabxana binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın elektrik kabeli 1 p.m yanıb və lambirdən ibarət tavan 1 m2 sahədə əriyib. Kitabxana binası yanğından mühafizə olunub. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb

Abşeronda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

27 Oktyabr 2016 14:46

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və 8 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Rusiya və İransız mümkün deyil"

27 Oktyabr 2016 14:40

Suriyada mövcud münaqişəni İran və Rusiyasız nizamlamaq mümkün deyil.

Uğursuz İrəvan sammiti: KTMT üzvləri Sarkisyanı məyus ediblər

27 Oktyabr 2016 14:38

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan sammitinə Ermənistan rəsmi dairələri böyük ümidlər bəsləyir, bir sıra geosiyasi və təhlükəsizlik məsələlərində təşkilatın ciddi dəstəyini qazana biləcəklərini gözləyirdilər. Həm də bu görüş Ermənistanın təşkilatda sədrliyinin yekunu idi. Lakin reallıqda proses başqa istiqamətdə getdi. Belarus prezidentinin çıxışı göstərdi ki, Ermənistanın sədrliyi dövründə nəinki hansısa irəliləyiş olmayıb, hətta qeyri-müəyyənlik daha da artıb. KTMT-ni BMT və NATO tanımayıb. Təşkilatın möhkəmlənməsi üçün ciddi iş görülməyib. Milli.Az newtimes.az-a istinadən bildirir ki, bunun əsas səbəblərindən biri isə rəsmi İrəvanın sədrliyi dövründə seçdiyi yanlış prioritetlərdir. Onlar müasir dövrün tələblərinə uyğun deyildi və həyata keçirilməsi mexanizmləri yoxdur. Bu səbəbdən ümumi ifadələrlə kifayətlənən tədbir iştirakçıları nə S.Sarkisyana dəstək ifadə etdi, nə də strateji xarakterli sənəddə rəsmi İrəvanın əsas istəklərini nəzərə aldı. Bütün bunlardan məyus olan S.Sarkisyanın yanında yekun brifinqdə N.Bordyujadan başqa kimsə olmayıb.

Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmət göstərilir

27 Oktyabr 2016 14:36

“Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində tədris şöbəsinin, icra, hüquq-mühafizə orqanlarının, bələdiyyə və biznes qurumlarının, QHT nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. “OLAYLAR”—ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB-nin icraçı direktoru Anar Məhərrəmov iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib.

Azərbaycanın maddi-mənəvi sərvətləri təbliğ edilir 

27 Oktyabr 2016 14:35

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi “Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

AzTU-da plagiatlıqla bağlı seminar keçirilib

27 Oktyabr 2016 14:34

Azərbaycan Texniki Universitetində (AzTU) müəllif hüquqlarının qorunması və sistemli təşkili üçün seminar keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, seminarı giriş sözü ilə açan Universitetin elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bu sahədə real addımların atılmasının vacib olduğunu bildirib. Prorektor onu da əlavə edib ki, Təhsil Nazirliyinin, Müəllif Hüquqları Agentliyinin və universitetlərin birgə toplantısında da bu məsələnin zərurəti diqqətə çatdırılıb və qərara alınıb ki, ali təhsil müəssisələri bu sahədə peşəkar xidmət təklif edən şirkətlərlə əməkdaşlıq etsinlər. Professor İlham Pirməmmədov deyib ki, AzTU müəllif hüquqlarının qorunması üçün bundan sonra Polşa şirkəti olan “Plagiat” MMC ilə əməkdaşlıq edəcək.

Ermənistan status kovunu müəyyən bir vaxta qədər qoyuyub saxlaya bilər

27 Oktyabr 2016 14:33

“Oktyabrın 26-daTərtərin Talış kəndi yaxınlığında işğalçı ordunun daha bir hərbiçisi zərərsizləşdirildi. Beləliklə də bir daha aydın olur ki, Ermənistan havadarlarının verdikləri açıq və gizli dəstəklə status kovunu müəyyən bir vaxta qədər qoyuyub saxlaya bilər”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev bildirib ki, ancaq bununla Ermənistan heç də hərbiçilərinin işğal altındakı torpaqlarda sərbəst gəzib-dolaşmalaırnı təmin edə bilməz və bilməyəcək: “ Müstəqilliyin qarşılığında verilən "İsgəndər" raketləriylə hədə gəlmək olar. Ancaq bu raketlərlə əlində silah Azərbaycan torpağına "xidmət"ə göndərilən hərbiçilərin təhlükəsizliyini təmin etmək mümkün deyil. Necə ki 20 yaşlı Qurgen Eyvazyanın təhlükəziliyi təmin edilmədi. Növbəti erməni təxribatı nəticəsində baş verən atışmada o, məhv edildi. Azərbaycan torpaqları bura soxulanlardan hay-hay boşaldılmaldır, boşaldılır da”.

Əmək Nazirliyində “ABAD” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinə dair təqdimat olub

27 Oktyabr 2016 14:31

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin yaradılması və fəaliyyəti barədə təqdimat olub.

Bələdiyyə-vətəndaş münasibətləri güclənməlidir

27 Oktyabr 2016 14:30

Artıq 25 ilə yaxındır ki, ölkədə fəaliyyət göstərən bələdiyyə qurumları hələlik özünü tam mənada doğrulda bilməsə də, amma hər keçən seçkidən sonrakı mərhələdə müşahidə edilən mənzərə bu qurumun tədricən təkmilləşməyə doğru getdiyini söyləməyə əsas verir. Əgər 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərindən sonra keçən 5 il ərzində bu qurumun yalnız adı var idi və fəaliyyəti ümumiyyətlə gözə dəymirdisə, indi mənzərə tamamilə fərqlidir. Düzdür, mövcud vəziyyət inkişaf etmiş ölkələrin bələdiyyə qurumları ilə müqayisə Aparmağı mümkün etmir. Bunun isə bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən başlıca səbəblərdən biri bələdiyyələrin yetərli qədər maddi imkanlarının olmamasıdır. Bu amil bələdiyyələrin qardaş Türkiyədə olduğu kimi ictimai əhəmiyyət kəsb edən, yerləşdiyi coğrafiyanın infrastrukturuna töhfə verəcək layihələr reallaşdırmasını mümkünsüz edir.

OPEK-in toplantısı neftin qiymətinə təsir göstərəcəkmi?

27 Oktyabr 2016 14:27

Neftin dünya bazar qiymətinin necə dəyişəcəyi qlobal gündəmi zəbt etməkdədir. Qlobal tələb-təklif ilə bağlı statistika tarazlıqdan xəbər versə də bazarda dayanıqlılığın formalaşdığından danışmaq hələlik tezdir. Neftə olan gündəlik tələb bu ilin üçüncü rübündə 96,99 milyon barelə çatıb.

İrandan psixotrop maddə gətirmək istədi

27 Oktyabr 2016 14:26

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə, xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib. Xatırladaq ki, metamfetamin“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır. 

Tikinti layihələrində yaşıllıqlarla bağlı yeni qaydalar tətbiq olunacaq

27 Oktyabr 2016 14:24

Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilir. Belə ki, məcəllənin 57-ci maddəsinə yeni bənd əlavə edilib. Əlavəyə görə, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam dürüst əks olunmalı, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.

Adil Əliyev: “Ermənistan rəhbərliyi yenə də Dağlıq Qarabağ münaqişəsi ətrafında manipulyasiya edir”

27 Oktyabr 2016 14:23

“Ermənistan rəhbərliyi yenə də Dağlıq Qarabağ münaqişəsi ətrafında manipulyasiya edir. Şübhəsiz ki,bunun başlıca səbəbi güclü Azərbaycan dövlətindən, Silahlı Qüvvələrimizin qüdrətindən çəkinmələri, eləcə də aprel döyüşlərindən aldıqları ciddi zərbənin nəticəsidir”.

“Avropada yaşıllığı Allah salır, Allah da suvarır...”

27 Oktyabr 2016 14:22

“Hamımız Avropada oluruq. Orada hara baxırsan yaşıllıqdır. Avropada yaşıllığı Allah salır, Allah da suvarır”. Bu sözləri deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət və Hüquq Siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib. Deputat Meşə Məcəlləsində dəyişiklərin müzakirəsində söyləyib ki, Azərbaycanda ağac əkilsə də, su problemi hələ də qalır: “Avropanın suyu da, yağışı da var. Orada xüsusi hansısa su anbarları yoxdur ki... Azərbaycanda ağacı əkirsən, amma su yoxdur suvarmağa. Misal üçün, Şamaxı yolunda o qədər ağaclar var, amma su yoxdur. Bizim çətinliklərimiz də var. Amma ağacları qorumaq hər birimizin borcudur”.