İrandan psixotrop maddə gətirmək istədi

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə, xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib. Xatırladaq ki, metamfetamin“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır. 

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin "Qoşa Təpə" gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə, xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib. Xatırladaq ki, metamfetamin"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31