Bələdiyyə-vətəndaş münasibətləri güclənməlidir
Artıq 25 ilə yaxındır ki, ölkədə fəaliyyət göstərən bələdiyyə qurumları hələlik özünü tam mənada doğrulda bilməsə də, amma hər keçən seçkidən sonrakı mərhələdə müşahidə edilən mənzərə bu qurumun tədricən təkmilləşməyə doğru getdiyini söyləməyə əsas verir. Əgər 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərindən sonra keçən 5 il ərzində bu qurumun yalnız adı var idi və fəaliyyəti ümumiyyətlə gözə dəymirdisə, indi mənzərə tamamilə fərqlidir. Düzdür, mövcud vəziyyət inkişaf etmiş ölkələrin bələdiyyə qurumları ilə müqayisə Aparmağı mümkün etmir. Bunun isə bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən başlıca səbəblərdən biri bələdiyyələrin yetərli qədər maddi imkanlarının olmamasıdır. Bu amil bələdiyyələrin qardaş Türkiyədə olduğu kimi ictimai əhəmiyyət kəsb edən, yerləşdiyi coğrafiyanın infrastrukturuna töhfə verəcək layihələr reallaşdırmasını mümkünsüz edir.
27 Oktyabr 2016 14:30 SosialNəticədə vətəndaşlar tərəfindən də bələdiyyələrə inam və etibar artar
Artıq 25 ilə yaxındır ki, ölkədə fəaliyyət göstərən bələdiyyə qurumları hələlik özünü tam mənada doğrulda bilməsə də, amma hər keçən seçkidən sonrakı mərhələdə müşahidə edilən mənzərə bu qurumun tədricən təkmilləşməyə doğru getdiyini söyləməyə əsas verir. Əgər 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərindən sonra keçən 5 il ərzində bu qurumun yalnız adı var idi və fəaliyyəti ümumiyyətlə gözə dəymirdisə, indi mənzərə tamamilə fərqlidir. Düzdür, mövcud vəziyyət inkişaf etmiş ölkələrin bələdiyyə qurumları ilə müqayisə Aparmağı mümkün etmir. Bunun isə bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən başlıca səbəblərdən biri bələdiyyələrin yetərli qədər maddi imkanlarının olmamasıdır. Bu amil bələdiyyələrin qardaş Türkiyədə olduğu kimi ictimai əhəmiyyət kəsb edən, yerləşdiyi coğrafiyanın infrastrukturuna töhfə verəcək layihələr reallaşdırmasını mümkünsüz edir.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov da hesab edir ki, bələdiyyələrin müstəqil maliyyə resurslarına malik olması onların səmərəli fəaliyyəti üçün əsas şərtlər sırasındadır: "Bələdiyyələr yerli sosial məsələlərin həlli üçün maliyyə imkanlarına sahib olmalıdırlar. Təbii ki, bunun üçün pul vəsaiti lazımdir və onun mənbələri müəyyənləşməlidir. Bu mənbələr sırasında bələdiyyənin yerli büdcəsi, mülkiyyəti və əmlakı durur. Təəssüf ki, 2000-ci illərin əvvəlində bələdiyyələr bu maliyyə mənbələrindən düzgün istifadə etmədilər. Onlar sərəncamlarında olan bir çox torpaq sahələrini satdılar. Hesab edirdilər ki, satılmış torpaqlardan əldə olunan vəsaitləri əhaliyə xərcləyəcəklər və bu daim davam edəcək. Amma belə olmadı, torpaqlar tükəndi. Belə olan halda, bələdiyyələr ağır vəziyyətdə qalaraq alternativ maliyyə mənbələri axtarmağa başladılar. Bu məqamda onların əsas vəzifələri hesab edilən yerli vergi və ödənişlərin yığımı gündəmə gəldi. Deməliyəm ki, qanunvericilikdə bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması sahəsində olduqca geniş səlahiyyətləri mövcuddur. Belə ki, bələdiyyələrin 9 növ vergi və ödəniş yığmaq səlahiyyəti var. Bunların sırasında 4 növ vergi - fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli materiallar üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi var. 5 növ ödənişlərin sırasına isə küçə-divar reklamının yayımına görə ödəniş, mehmanxana, sanatoriya, kurort və digər turizm xidmətlərinə görə ödəniş, nəqliyyat vasitələrinin daimi və müvəqqəti dayanacaqlarına görə ödəniş, bələdiyyə ərazisində stasionar və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş və bələdiyyənin mülkiyyətində olan əmlakın və torpaqların icarəsindən və satışından olan ödənişlər daxildir. Təbii ki, bələdiyyələrin fəaliyyətinin ilk illərində vergi yığımı olduqca aşagı idi. Çünki bələdiyyə büdcəsinə daxil olan vəsaitin çox böyük faizi yalnız torpaq satışından formalaşırdı. Lakin bu sahədə 2014-cü ildə çox inqilabi bir dəyişikliklər baş verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə bəzi qanun layihələri təqdim edildi. Həmin qanun layihələrinə əsasən fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydasının tam dəyişdirilməsi, torpaq vergisinin dərəcələrinin dəyişdirilməsi, eyni zamanda dövlət büdcəsindən bələdiyyələrə ödənilən dotasiyalarin verilməsi meyarlarının təkmilləşdirilməsi, bələdiyyələrə dövlət büdcəsindən subvensiyaların verilməsi və bələdiyyələrə ödənilən yerli vergi və ödənişlərin nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulurdu. Və həmin il Milli Məclis tərəfindən bu qanunlar qəbul olundu. Bunun nəticəsində də 2015-ci əvvəlindən bələdiyyələr bu sahədə böyük irəlləyişlər əldə ediblər. Yığılan vergi və ödənişlərin həcmi ildən ilə artır. Məsələn, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyə büdcələrinə yerli vergi və ödənişlər nəticəsində daxil olan vəsaitin həcmi 12.5 faiz artıb". Onun szlərinə görə, burada yalnız bələdiyyələrin səyləri kifayət etmir, vətəndaşlar da bu prosesdə fəal olmalıdır: "Vətəndaşlarda vergi mədəniyyəti yüksək olmalıdır. Qanunla vergiləri ödəməlidir. Çunki bələdiyyələr toplanan vəsaiti həmin ərazinin sosial-iqtisadi inkişafına yönəldir. Bu sahədə bir çox işlər görülüb. Bir neçə ildir ki, bələdiyyələrin milli asossiasiyaları tərəfindən "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü həyata keçirilir. Bələdiyyələr gördüyü işləri layihələr formasında reallaşdırırlar və bu layihələrə vəsait xərcləyirlər, görülən işlər haqqında vətəndaşlara hesabat verirlər. Hesab edirəm ki, bələdiyyə-vətəndaş münasibətləri daim güclənməlidir. Və bunun nəticəsində vətəndaşlar tərəfindən də bələdiyyələrə inam və etibar artır. Əgər biz bələdiyyələrin inkişaf etməsini istəyiriksə, vətəndaşlar və dövlət onlara öz dəstəyini göstərməlidir. Dövlət tərəfindən bələdiyyələrə hər il dotasiya verilir. Yarandığı vaxtdan indiyə qədər bələdiyyələrə təxminan 63 milyon manatdan çox dotasiya verilib". Kamran Bayramov onu da qeyd edib ki, bələdiyyələrin kadr təminatı da başlıca şərtlərdən biridir: "Təbii ki, bələdiyyələrdə sədr və üzvlərlə yanaşı bələdiyyə qulluqçuları da çalışırlar. Onların fəaliyyəti və statusu "Bələdiyyə qulluğu haqqında" qanunla tənzimlənir. Dövlət və milli asossiasiyalar tərəfindən bələdiyyə qulluqçularının təcrübələrinin artırılması ilə baglı bir çox işlər görülür, maarifləndirmə tədbirləri həyata keçirilir. "Bələdiyyə qulluğu haqqında" qanuna edilən son dəyişikliklərə görə, hər bir bələdiyyədə müsabiqə komissiyaları yaradılıb. Bu o deməkdir ki, bələdiyyə qulluqçuları bələdiyyə sədri tərəfindən deyil, müsabiqə komisiyyaları tərəfindən işə qəbul ediləcək. Yəni işə qəbul kollegial qərar əsasında baş tutacaq. Bu da işə qəbul məsələsinin şəffaf qaydada həyata keçirilməsini təmin edəcək. Bununla da əhaliyə ən yaxın sayılan bələdiyyə qulluqçularının insanlarla daha nəzakətli, diqqətli olmağa bir şərait yaradılacaq.
Füzuli