Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmət göstərilir

“Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində tədris şöbəsinin, icra, hüquq-mühafizə orqanlarının, bələdiyyə və biznes qurumlarının, QHT nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. “OLAYLAR”—ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB-nin icraçı direktoru Anar Məhərrəmov iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib.

"Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi" layihəsi çərçivəsində tədris şöbəsinin, icra, hüquq-mühafizə orqanlarının, bələdiyyə və biznes qurumlarının, QHT nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB-nin icraçı direktoru Anar Məhərrəmov iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib. Daha sonra çıxış edən layihənin əlaqələndiricisi Ümüdvar Həsənov bildirib ki, layihə UNİCEF tərəfindən həyata keçirilir. Layihə çərçivəsində əhalinin aztəminatlı təbəqəsindən olan uşaqlar və onların ailələrinə (qəyyumlarına), qanunla təmasda olan uşaqlar, zərərçəkmiş və şahidlər, əlilliyi olan şəxslər, sosial cəhətdən qeyri-qənaətbəxş vəziyyətdə olan uşaqlara və onların ailələrinə, hüquq xidməti və hüquqi təmsilçilik xidməti göstərilir. Hüquqşünas Vüsal Məmmədov əsasən nikah pozulmaları və alimentin ödənilməsi məsələlərinə toxunub, beynəlxalq və yerli qanunvericilikdə bu məsələ ilə bağlı qəbul olunmuş qanunları iştirakçıların nəzərinə çatdırıb. O, son dövrlər boşanma faktlarının artdığını, bunun səbəb və nəticələri haqqında çıxışlar edib. Natiq uşaqların gələcəyi, sağlamlığı, düzgün tərbiyəsi, cəmiyyətə, dövlətə daha xeyirli övlad üçün sağlam ailənin vacibliyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31