Azərbaycanın maddi-mənəvi sərvətləri təbliğ edilir 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi “Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi "Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində növbəti tədbir keçirib. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, tədbirdə İctimai Birliyin sədri Mütəllim Rəhimov əsas məqsədin maddi-mədəni sərvətlərimizin xarici ölkələrə daşınmasının qarşısını almaq və xarici muzeylərdə olan sərvətlərimizlə bağlı maarifləndirmə işləri aparmaqla, ölkəmizə və xalqımıza qarşı aparılan şər, böhtan, qarayaxma kampaniyalarına faktlarla cavab verə biləcək məlumatlı vətəndaşlar yetişdirmək olduğunu bildirib. O deyib ki, "tariximizə, maddi-mənəvi, milli dəyərlərimizə, yad məmləkətlərdə "qolu qandallı" qalan abidələrimizin taleyinə biganə qalmaq olmaz. Bütün vasitələrlərdən istifadə edərək onlar haqda müfəssəl məlumata malik olmaq hər birimizin borcudur. Onları öyrənməsək, barələrində geniş məlumat əldə eləməsək yadlar onlara sahib duracaq" Daha sonra ekspert Ayaz Əfəndiyev çıxış edib. O deyib ki, bu gün dünya xalqları Azərbaycanın mənəvi dəyərləri ilə tanışdır. Daha sonra V.Əliyev xarici muzeylərdə saxlanılan Azərbaycanın maddi-mənəvi sərvətləri haqqında iştirakçılara ətraflı bilgi verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31