Gündəm

WikiLeaks Hillari Klintonun yazışmalarını ictimailəşdirir - ŞOK FAKTLAR

27 Oktyabr 2016 15:43

WikiLeaks Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçkii qərargahının, eləcə də onun özünün yazışmalarını ictimailəşdirməkdə davam edir. SİAxarici mətbuata istinadən xəbər verir ki, bu dəfə həmin yazışmaların 19-cu hissəsi təqdim olunub. Burada Klintonun seçki qərargahının rəhbəri Con Podestayla yazışmasının təfərrüatları qeyd edilib.

Hesablama Palatası Tovuz və Quba Rayon icra hakimiyyətlərində yoxlamaları başa çatdırıb

27 Oktyabr 2016 15:28

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Zəlzələ nəticəsində İtaliyada minlərlə adam evsiz qaldı

27 Oktyabr 2016 15:24

Mərkəzi İtaliyada baş vermiş son yeraltı təkanlardan sonra bir neçə min adam evsiz qalıb. Bu barədə “RİA Novosti” məlumat verib.

Abşeronda ağacları qanunsuz kəsən 146 nəfər məsuliyyətə cəlb olunub

27 Oktyabr 2016 15:12

2016-cı ilin 9 ayı ərzində təkcə Abşeron yarımadasında ağacların qanunsuz kəsilməsinə görə 146 nəfər məsuliyyətə cəlb olunub.

"Moody's" Rusiyanın büdcə kəsiri ilə bağlı proqnoz verib

27 Oktyabr 2016 15:08

Rusiyanın büdcə kəsiri bu ilin sonunda "Rosneft"in özəlləşdirilməsi baş tutarsa ÜDM-in 3,7-3,8%-ni, əks halda 4,5-4,7%-ni təşkil edəcək. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı "Moody's" beynəlxalq reytinq agentliyinin Rusiyanın suveren reytinqi üzrə aparıcı analitiki Kristin Lindou (Kristen Lindow) bildirib. "Rosneft"in 19,5%-nin özəlləşdirilməsinin ilin sonuna qədər baş tutması gözlənilir. Satışdan 704 mlrd. rublun (11,2 mlrd. dollar) əldə edilməsi gözlənilir ki, bu rəqəm artıq 2016-cı ilin büdcəsində nəzərdə tutulub. Maliyyə Nazirliyinin açıqlamasına görə isə, büdcə kəsiri özəlləşdirmə gəlirləri olmasa ÜDM-in 4,5%-ni təşkil edəcək.

Məcburi köçkünlərin əsas arzusu öz evlərinə qayıtmaqdır

27 Oktyabr 2016 15:06

"Bərdədə məcburi köçkünlər üçün çox yaxşı şərait yaradılıb". "Report" xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber Azərbaycan hökuməti tərəfindən Bərdədə məcburi köçkünlər üçün salınmış düşərgəyə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Suriyada bombardman nəticəsində 22 şagird, 6 müəllim ölüb

27 Oktyabr 2016 15:05

Suriyanın İdlib şəhərindəki məktəbin bombalanması nəticəsində 22 şagid və 6 müəllim həlak olub.

İŞİD silahlıları Mosulda 22 dinc sakini edam edib

27 Oktyabr 2016 15:03

İŞİD terror qruplaşmasının silahlıları Mosul şəhərində 22 dinc sakini edam edib. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Dağlıq Qarabağ Türkiyə və Azərbaycanın qanayan yarasıdır"

27 Oktyabr 2016 15:01

Dağlıq Qarabağ münaqişəsi Türkiyə və Azərbaycanın qanayan yarasıdır. Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral deyib.

Türkiyədə 80-dən çox İŞİD üzvü saxlanılıb

27 Oktyabr 2016 14:59

İstanbulda və Türkiyənin 7 vilayətində İŞİD terror təşkilatının 81 üzvü saxlanılıb. Olaylar.az Trend-ə istinadən bildirir ki, onlardan 60 nəfəri ölkə vətəndaşı, 20-si isə yeniyetmədir. Əməliyyat zamanı təşkilata məxsus sənədlər və odlu silahlar götürülüb.

Qanunsuz ov edən Lənkəran sakinləri saxlanıb

27 Oktyabr 2016 14:54

Lənkəranda qanunsuz ovla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən Mamusta kənd sakinləri Samid Dadaşzadə və Rasif Əliyev qanunsuz ov etdikləri üçün saxlanıb. Onlardan nömrəsi silinmiş “TOZ-63” və “BUM” markalı ov tüfəngləri götürülüb.

DİN Binədəki qətl hadissilə bağlı məlumat yaydı

27 Oktyabr 2016 14:53

Oktyabrın 25-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətlin onun əri Azər Ağayev tərəfindən törədilməsi, həmçinin A.Ağayevin hadisədən sonra Qala qəsəbəsi ərazisində idarə etdiyi “Peugeot” markalı avtomobili paytaxt sakini Kamil Sultanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurması və nəticədə xəstəxanaya yerləşdirilməsi müəyyən edilib. A.Ağayev nəzarətə götürülüb.

Keçmiş məhkumdan 3,5 kq marixuana götürülüb

27 Oktyabr 2016 14:53

Yevlax rayon sakinində xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xalid Muradovdan 3 kiloqram 521,76 qram marixuana götürülüb. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Dini radikalizm və ekstremizmə qarşı mübarizə müzakirə edilib

27 Oktyabr 2016 14:51

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Polis İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Azərbaycan Silahlı Qüvvələrində ağır itki 

27 Oktyabr 2016 14:49

Azərbaycan Silahlı Qüvvələrinə ağır itki üz verib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, uzun sürən xəstəlikdən sonra istefada olan general-mayor Əli İmran oğlu Kazımov vəfat edib.