Suriyada bombardman nəticəsində 22 şagird, 6 müəllim ölüb

Suriyanın İdlib şəhərindəki məktəbin bombalanması nəticəsində 22 şagid və 6 müəllim həlak olub.

Suriyanın İdlib şəhərindəki məktəbin bombalanması nəticəsində 22 şagid və 6 müəllim həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (YUNİSEF) icraçı direktoru Entoni Layka məlumat yayıb.

O, hücum edən tərəfin adını açıqlamayıb.

Xatırladaq ki, Suriyanın şimal-qərbində yerləşən İdlib şəhəri 2015-ci ilin martında Bəşər Əsəd rejiminə müxalif qrupların nəzarəti altındadır. BMT-nin məlumatına görə, 2011-ci ilin martından Suriyada davam edən silahlı qarşıdurma nəticəsində 220 mindən çox insan ölüb.  Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31