DİN Binədəki qətl hadissilə bağlı məlumat yaydı
Oktyabrın 25-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətlin onun əri Azər Ağayev tərəfindən törədilməsi, həmçinin A.Ağayevin hadisədən sonra Qala qəsəbəsi ərazisində idarə etdiyi “Peugeot” markalı avtomobili paytaxt sakini Kamil Sultanovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurması və nəticədə xəstəxanaya yerləşdirilməsi müəyyən edilib. A.Ağayev nəzarətə götürülüb.
27 Oktyabr 2016 14:53 KriminalOktyabrın 25-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətlin onun əri Azər Ağayev tərəfindən törədilməsi, həmçinin A.Ağayevin hadisədən sonra Qala qəsəbəsi ərazisində idarə etdiyi "Peugeot" markalı avtomobili paytaxt sakini Kamil Sultanovun idarə etdiyi "Mercedes" markalı avtomobilə vurması və nəticədə xəstəxanaya yerləşdirilməsi müəyyən edilib. A.Ağayev nəzarətə götürülüb.