Gündəm

Polisə düşdüyü deylən aşıq Əlinin VİDEOsu yayıldı - YENİLƏNİB

27 Oktyabr 2016 16:16

Aşıq Əli yol polisi ilə aralarında yaranan narazılığa və avtomobilininin əlindən alınmasına cavab verib. Publika.az xəbər verir ki, sənətçi İnstaqram səhifəsində video görüntü yayaraq haqqında söylənilən ittihamları qəbul etmədiyini deyib:

Azərbaycanda cüzam xəstələrinin sayı məlum olub

27 Oktyabr 2016 16:12

Azərbaycanda 100-ə qədər insan təhlükəli xroniki infeksion xəstəlik olan cüzamdan əziyyət çəkir.

Xəzərdə 4 bal gücündə zəlzələ baş verib

27 Oktyabr 2016 16:10

Bu gün Azərbaycanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:12:54-də Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4, dərinliyi 60 km olub. Zəlzələ hiss edilməyib. 

Moskvada Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşü keçiriləcək

27 Oktyabr 2016 16:09

Oktyabrın 28-də Moskvada Rusiya,Suriya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Rasim Musabəyov: "ABŞ-ın seçki sistemində xeyli qüsur var"

27 Oktyabr 2016 16:07

“ABŞ-ın seçki sistemi əlbəttə ki, ideal deyil. Söhbət təkcə sistemdən deyil, həm də onun tətbiqindən gedir”. Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Riyaz Sarıkahya: “Kərkük ərazisinin 40 faizi İŞİD-in nəzarəti altındadır”

27 Oktyabr 2016 16:06

“Bir neçə gün əvvəl Kərkükün şəhər mərkəzinə hücumlar təşkil edən İŞİD-in əsas məqsədi valilik binasını və polis idarəsini ələ keçirmək olub”. Bunu SİA-ya açıqlamasında İraq türkmənlərinin lideri Riyaz Sarıkahya deyib. O bildirib ki, təxminən 100 yaraqlı bəzi qrupların yardımı ilə İŞİD-in nəzarəti altında olan Havicə kəndindən şəhər mərkəzinə daxil olub: “Ancaq polis, peşmərgə və Kərkükün ətrafında olan türkmən haşdi qüvvələri Kərkük mərkəzinə gələrək bu binaların ətraflarını mühasirəyə aldılar və vəziyyəti nəzarətə götürdülər. Hər iki tərəfdən təxminən 150 insan öldü. Bir çox İŞİD yaraqlıları isə Kərkükün ərazisində tutularaq saxlandılar. Polis, türkmən və kürd qüvvələri gizlənən İŞİD-çilərin axtarışlarını davam etdirir. Bu axtarışlara görə də şəhərdə bir təlaş və qorxu hökm sürür. Çünki qarşıdurma və partlayışlar baş verir. Ayrıca kürd qüvvələri ilə birlikdə PKK terrorçuları da şəhərə girdilər. Bu vəziyyət də türkmənlərin qorxu və narahatlıqlarını artırdı. Türkmənlər iki terror təşkilatının arasında qaldılar. Onsuzda İŞİD oyununun məqsədi türkmən ərazilərini İraq Kürdüstanına qatmaqdır. Kürdüstana dünyada legitimlik qazandırmaq istəyirlər. Hücumun indi olması Mosul əməliyyatını bir az gecikdirmək, Kərkükdə kürd hakimiyyətini daha güclü hala gətirməkdir. İŞİD-in Kərkükü tam olaraq ələ keçirmə gücü yoxdur”.

Almaniyada ölkəmizə qarşı təxribatın qarşısı alınıb

27 Oktyabr 2016 16:04

Almaniyada Azərbaycana qarşı daha bir təxribatın qarşısı alınıb. Belə ki, Almaniya Drezden Simfonik Orkestri yalançı “Erməni soyqırımı”na həsr edilmiş konserti ləğv edilib. Xatırladaq ki, sözgedən konsertin noyabr ayının 13- də keçirilməsi planlaşdırılırdı. Ancaq bu konsert ictimai təşkilatların, türk diasporasının və hökumətinin ciddi narazılığına səbəb olub. Ciddi narazılığı görən təşkilatçılar geri addım atmaq zorunda qalıblar. Nəticədə konsertə dəvət olunanların dəvətnamələri əllərində qalıb.

Vidadi Zeynalovun cinayət işi üzrə şahidlərin siyahısında Əli Abbasovun adı yoxdur

27 Oktyabr 2016 16:02

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə şahidlərin siyahısında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun adı yoxdur.

Sumqayıtda qaçırılan avtomobil Qubada tapılıb

27 Oktyabr 2016 16:00

Oktyabrın 26-da Sumqayıt şəhəri ərazisindən Siyəzən rayon sakini Orxan Abbasova məxsus “Opel” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, avtomobilin həmin gün Quba rayonu ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib. Həyata keçirilimiş tədbirlərlə avtomobil rayonun Dağlı kəndi ərazisində Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və onu idarə edən Siyəzən şəhər sakini, əvvəllər məhkum olunmuş Əzizağa Nadirovla birgə Sumqayıt ŞPİ 4-cü PB-yə təhvil verilib.

Quldurluq edən Sumqayıt sakini tutulub

27 Oktyabr 2016 15:59

Sumqayıtda quldurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də şəhər sakini Rəşad Sadıqova məxsus “VAZ-2107” markalı avtomobili və sərnişini Xəyalə Bəşirovaya məxsus 400 manat pulu quldurluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şövqi Quliyev tutulub. Araşdırma aparılır. 

Oğrunun cibindən tiryək çıxdı

27 Oktyabr 2016 15:58

Şirvanda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Gəncə şəhəri ərazisində şəhər sakini Turqut Həsənova məxsus “VAZ-2107” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Salman Hüseynov tutulub. Ondan 2,38 qram tiryək götürülüb.

Gənclər arasında vətənpərvərlik ideaları təbliğ olunur

27 Oktyabr 2016 15:55

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması tarixin bütün dövrlərində öz aktuallığını qoruyub saxlayıb. Xüsusilə, müstəqillik illərindən sonra bu istiqamətə diqqət artmağa başlayıb.

“Azərbaycanın dostlarının sırasında olmağımdan qürur hissi keçirirəm”

27 Oktyabr 2016 15:51

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvü İmas Xourin Nisa Fuciati ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.

ÇXR-in Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfirinin xanımı ADU-da oldu

27 Oktyabr 2016 15:50

Oktyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Lin Sini qəbul etdi.

İranın Şərqi Azərbaycan vilayətinin departament rəhbəri ilə  əcrübə mübadiləsi aparılıb

27 Oktyabr 2016 15:48

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin Əmək, Məşğulluq və Sosial Təminat Departamentinin rəisi Mirəhəd Hüseyni ilə görüş olub.