Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları konfransda iştirak ediblər
AMEA Neft Kimya Prosesləri İnstitutunun əməkdaşları akademik V.N.İpatyevin xatirəsinə həsr edilmiş “Neft kimyasının aktual problemləri” adlı konfransda iştirak etmişlər.
27 Oktyabr 2016 13:07 SosialAMEA Neft Kimya Prosesləri İnstitutunun əməkdaşları akademik V.N.İpatyevin xatirəsinə həsr edilmiş "Neft kimyasının aktual problemləri" adlı konfransda iştirak etmişlər.
Moskva vilayətinin Zveniqorod şəhərində 18-21 oktyabr 2016-cı il tarixində akademik V.N.İpatyevin xatirəsinə həsr edilmiş "Актуальные проблемы нефтехимии" adlı növbəti konfrans keçirildı. AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun əməkdaşları t.e.d. Əsgərzadə Səadət Məmmədəmin qızı və k.e.d. Əliyeva Reyhan Vəli qızı bu konfransda iştirak etmişlər. T.e.d. Əsgərzadə S.M. "Инновационное развитие нефтепереработки в Азербайджане", k.e.d. Əliyeva R.V. isə "(Олиго)алкилирование фракций бакинских нефтей С6-С12 α-олефинами в присутствии ионных жидкостей" adlı məruzələr ilə şıfahi çıxışlar etmişlər. Təqdim olunan məruzələr yüksək səviyyədə qəbul olunmuş və "Hефтехимия" jurnalında nəşrinə təklif olunmuşdur.
K.e.d. Əliyeva R.V. "Катализаторы и процессы нефтехимического синтеза" (Neft kimya sintezi prosesləri və katalizatorları) seksiyasına sədrlik etmişdir. Konfransda Rusiya Federasiyasının, Qazaxstanın, Belarusiyanın tanınmış alimləri iştirak etmişlər. Konfransın işində sənaye müəssisələrinin, o cümlədən "Sibur", "VNİPİneft"dən olan nümayəndələrin və həmçinin gənc tədqiqatçıların işlərinə də xüsusi diqqət ayrılmış, onlar həm şıfahi, həm də stend məruzələr ilə məzmunlu çıxışlar etmişlər.
T.e.d. Əsgərzadə S.M. və k.e.d. Əliyeva R.V. dünyanın neft emalı, neft kimya və polimer sənayesinin vəziyyəti və inkişaf perspektivləri, bu sahədə qabaqcıl elm ocaqları və sənaye müəssisələri tərəfindən aparılan işlər ilə tanışlıq ilə yanaşı, institutumuzda bu istiqamətlərdə, xüsusən də konfransda mühüm yer tutmuş neftin kompleks emalı, ion-maye tipli katalitik sistemlərin tətbiq və tədqiqi üzrə aparılan işlər üzrə xarici alimlər və sənaye işçiləri ilə müzakirələr aparmış və qarşılıqlı əməkdaşlıq haqqında gələcək perspektivlər üçün dəyərli fikir mübadiləsi etmişlər.