5 qitədəki soydaşlarımızdan xəbər verən kitab çap olunub
Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabı işıq üzü görüb. “OLAYLAR”-ın xəbərinə görə, kitabda müəllifin 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb.
27 Oktyabr 2016 12:51 SosialDiaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin "Dünya azərbaycanlılarının palitrası" adlı kitabı işıq üzü görüb. "OLAYLAR"-ın xəbərinə görə, kitabda müəllifin 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb. Ümumi olaraq burada 173 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Müəllif bu kitabı araya-ərsəyə gətirməyi əsl vətəndaşlıq borcu hesab edir: "Kitabda, bir növ diaspor öz dilində danışır. Bu baxımdan, kitab sanki canlıdır, döyünən bir ürəkdir... Azərbaycan diasporunun həm özüdür, həm də güzgüsüdür. Kitabın özəlliyi odur ki, burada ənənəvi bioqrafik və statistik məlumatlar verilməyib. Azərbaycan diasporunun qəribçilik hisləri, nisgili, vətən həsrəti, iradı, istəyi, təklifləri, perspektiv fəaliyyəti və s. yer alıb. Burada həm indi, həm keçmiş, həm də gələcəkdən danışılır. Ona görə də, sözügedən kitab Azərbaycan diasporunun dünənini, bu gününü və sabahını özündə ifadə etdirir". Dörd hissədən - "Diaspor fəaliyyəti könül işidir", "Diasporumuzdakı jurnalistlər", "Xaricdəki gənclərimiz" və "Azərbaycanın əcnəbi dostları"ndan ibarət olan kitabın Bakıda və bir neçə xarici ölkədə təqdimatı nəzərdə tutulub.
Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Namiq Əliyev, məsləhətçi isə tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlıdır. Kitaba ön söz AMEA-nın Tarix İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov tərəfindən yazılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 15 iyul tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunub.