Əfqanıstan ordusu ölkənin cənubunda 50-dən çox talib yaraqlısını öldürüb
Əfqanıstanın hökumət qüvvələri ölkənin cənubundakı Hilmənd vilayətində "Taliban" radikal hərəkatının 50-dən çox yaraqlısını öldürüb.
27 Oktyabr 2016 12:34 DünyaƏfqanıstanın hökumət qüvvələri ölkənin cənubundakı Hilmənd vilayətində "Taliban" radikal hərəkatının 50-dən çox yaraqlısını öldürüb.
"Report" TASS-a istinadən xəbər verir ki, həm Quru Qoşunlarının, həm də aviasiyanın iştirak etdiyi əməliyyat bir həftədən çoxdur davam edir. Hərbçilərin əsas hədəfi yaraqlıların Laşkargah, Nad Əli və Nehr-e-Siraj qəzalarındakı dəstələri olub.
Qeyd edək ki, son zamanlarda Əfqanıstan şərq və cənub vilayətlərində - Lövgər, Nəngarhar, Hilmənddə, eləcə də ölkənin şimalında - Kunduz, Cövzcan və Pərvan vilayətlərində ekstremistlərin mövqelərində əhəmiyyətli güclənmə hiss olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31