Təhsil naziri Ağstafa şəhərində vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov noyabrın 4-də Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək.
27 Oktyabr 2016 12:20 SosialTəhsil naziri Mikayıl Cabbarov noyabrın 4-də Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 26, 27, 28, 31 oktyabr və 1, 2 noyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/requestelektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.