Hindistanda casusluqda şübhəli bilinən pakistanlı diplomat saxlanılıb

Hindistan polisi casusluqda şübhəli bilinən Pakistan səfirliyinin əməkdaşını Nyu Dehlidə saxlayıb.

Hindistan polisi casusluqda şübhəli bilinən Pakistan səfirliyinin əməkdaşını Nyu Dehlidə saxlayıb.

Bu barədə "Report" Hindistan KİV-inə istinadən xəbər verir.

Saxlanılan Mahmud Axtar son üç ildə diplomatik nümayəndəlikdə çalışıb və diplomatik pasporta da malikdir. Bu gün polis məntəqəsində sorğu-sual edilən səfirlik əməkdaşı diplomatik toxunulmazlığı olduğundan sonradan sərbəst buraxılıb.

Polis qəsdən sənəd sızması olduğunu ehtimal edir. Mahmud Axtarda olan gizli sənədlər Hindistanın müdafiə strategiyası ilə əlaqəlidir. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31